"Rəvan" "Simurq"la oyunun hazırlıqlarını davam etdirir

"Rəvan" "Simurq"la oyunun hazırlıqlarını davam etdirir
XƏBƏR 30 İyul 2013 / 17:12 1153
-  A +

Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Simurq”la üz-üzə gələcək "Rəvan” hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu günə komandanın 2 məşqi nəzərdə tutulmuşdu ki, onlardan birincisi trenajor-zalda reallaşıb.

Futbolçuların əzələ kütləsini artırmağa yönəlik çalışmalar təxminən 1 saat davam edib. Axşam saatlarında isə futbolçular yaşıl meydana çıxacaqlar. "Bayıl Arena”da bu dəfə taktiki-texniki hazırlıq olacaq.

Daha çox


Son xəbərlər