Vüqar Nadirov: "İndi məsuliyyətimiz daha da artıb"

Vüqar Nadirov: "İndi məsuliyyətimiz daha da artıb"
ÖLKƏ FUTBOLU 26 İyul 2013 / 17:50 4051
-  A +

“Oyuna yaxşı başlamasaq da, tez bir zamanda üstünlüyü ələ aldıq. Hesabı açdıqdan sonra isə 2-3 qol da vura bilərdik”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Avroliqanın II təsnifat mərhələsində “Piast”la oyun (2:2) haqda danışarkən deyib.

Onun sözlərinə görə, “Qarabağ” səfərə üstün hesabla getməsinə baxmayaraq, oyuna çıxarkən ancaq qələbə haqda düşünüb. Elə ilk dəqiqələrdən də hesabı açmağa çalışıb: “İlk qolu vurandan sonra hücumlarımıza ara vermədik. Təzyiqi artıraraq rəqibi çətin vəziyyətdə qoyduq. Bir neçə real qol imkanımız da oldu. Ancaq gözlənilmədən rəqib qapımıza iki qol vurdu. Qolların hər ikisi standart vəziyyətdən vuruldu. Yəni hansısa düşünülmüş hücum nəticəsində baş vermədi. “Piast” futbolçuları ucaboy olduğu üçün hava mübarizəsində çətinlik çəkirdik. Ancaq şükürlər olsun ki, hesabı yenidən bərabərləşdirib növbəti mərhələyə adalaya bildik”.

V.Nadirov Avroliqanın III təsnifat mərhələsindəki rəqibləri  İsveçin “Gefle” klubu haqda danışıb: “Növbəti rəqibimizin Kiprin “Anortosis” klubu olacağını düşünürdük. Çünki öz meydanında İsveçin “Gefle” komandasına 3:0 hesabı ilə qalib gəlmişdi. Ancaq öyrəndik ki, “Gefle” cavab qarşılaşmasında 4:0 hesablı qələbə qazanıb. Bu hələ İsveç klubunun çox güclü komanda olması demek deyil. Futbolda hər şey ola bilər. Deyilənə görə, “Anortosis”in oyunu alınmayıb. İlk oyunda 3:0 hesaı ilə qalib gəldiyi üçün arxayınlaşma olub. Hələ ki, rəqibimizi analiz etməmişik. Sabahdan “Gefle” ilə oyunu düşünəcəyik və rəqibi araşdıracağıq”.

V.Nadirov “Qarabağ”ın qarşısına böyük məqsədlər qoyduğunu deyib. “Qarabağ”ın Azərbaycanın Avroliqada yeganə təmsilçisi olduğunu xatırladaraq qarşıdakı oyunlara daha ciddi yanaşacaqlarını qeyd edib: “İstərdik ki, hər bir klubumuz Avropada irəli getsin. Ancaq digər təmsilçilərimizin Avroliqada mübarizəni dayandırmasından sonra bütün ümidlər bizədir. Bu, məsuliyyətimizi bir az da artırır. Çalışırıq ki, əlimizdən nə gələni ortaya qoyaq. Növbəti oyunlara da ancaq qələbə üçün çıxacağıq. Bacardığımız qədər irəli gedəcəyik”.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə