"Tromse"nin baş məşqçisi: "Bu dəfə zəif təsir bağışladıq"

"Tromse"nin baş məşqçisi: "Bu dəfə zəif təsir bağışladıq"
ÖLKƏ FUTBOLU 26 İyul 2013 / 02:03 1993
-  A +

"Bakıda bir qol vursaydıq, oyunda vəziyyət tamamilə dəyişəcəkdi. Çünki artıq bundan sonra "İnter" 4 qol vurmalı olacaqdı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Tromse" klubunun baş məşqçisi Aqnar Kristensen "İnter"lə oyundan sonra (0:1) deyib.

44 yaşlı mütəxəssis bu oyunda zəif təsir bağışladıqlarını etiraf edib: "Demək olar ki, ilk oyundakı ssenari təkrarlandır. "İnter" topa daha çox nəzarət edirdi. Biz ilk oyunda müqayisədə hücumda zəif təsir bağışladıq. 

Ancaq Bakıda bir qol oldu. Yaxşı ki, ikinci qolu buraxmadıq. Yoxsa, bizim üçün çətin olardı. Cavab oyununa qədər şanslarımız bərabər idi. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün çox şadam".

 

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu