“Simurq”un baş məşqçisi Roman Pokora bir az bundan qabaq sabah Avropa Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda İsrailin “Bney Yəhuda” klubuna qarşı keçirəcəkləri oyunla bağlı mətbuat konfransı keçirib.
- İlk dəfədir Avropada çıxış edirik. Biz artıq tək Zaqatalanı yox, bütün Azərbaycanı təmsil edirik. Əlimzidən gələni edəcəyik ki, bizə bəslənən ümidləri doğruldaq.
- Rəqib haqqında nə deyə bilərsiz?
- Çox güclü və təcrübəli komandadır. Oyunlarının kasetinə də baxmışam. Eyni zamanda dünən keçirilən son məşqlərinə də tamaşa elədim. Oyun tərzlərinə görə, Gürcüstanın “Olimpi” və “Vit Corciya” komandalarına oxşayırlar. Eyni zamanda topla yaxşı davranırlar. Yəni, “Bney Yəhuda” ilə oyun asan olmayacaq.
- Komandaya yeni transfer edilən futbolçular kollektivi gücləndirə biliblər?
- Bu, sabah məlum olacaq. Petrov güclü futbolçudur. Litvalı Genadi Solononitsi haqqında da eyni sözləri demək olar. Bulıçevə gəlincə, o, əvvəllər də “Simurq”da oynayıb və bizə tanışdır. Axalkatsini də, tanıyıram. “Karvan”ın heyətində bizə qol da vurmuşdu. Rauf Mehdiyevi isə hamı tanıyır.
- Komandanızın avrokuboklarda təcrübəsiz olması sizi qorxutmur ki?
- Düzdür, komanda kimi biz təcrübəsizik. Amma heyətimizdə yer alan futbolçuların əksəriyyətinin avrokubok təcrübəsi var. Odur ki, narahatlığa ciddi əsas yoxdur.
- Gürcüstan toplanışını necə qiymətləndirərdiniz?
- Çox razı qaldım. Öncə onu deyim ki, Gürcüstanı təsadüfi seçmədik. Ötən il də oraya getmişdik və Tbilisinin ab-havasına bələd idik. Odur ki, başqa ölkəyə getməyə risk eləmədik. Hazırlıq tam ürəyimcə oldu. Heyətə gələn yeni futbolçuları sınaqdan çıxardıq, onların güclərinə bələd olduq. Mən düşünürəm ki, bizm hazırlığımız israillilərdən daha yüksək olmalıdır. Çünki onlar hazırlığa bizdən sonra başlayıblar.
- Oyunla bağlı proqnoz vermək istəmirsiniz?
- Yox, bunu xoşlamıram.
- Sabahkı qarşılaşmada hansı nəticə siz qane edəcək?
- Ümumiyyətlə, bu tip matçlarda yekun nəticə iki oyuna əsasən məlum olur. Elə komandalar olur ki, evdə rəqibini 3:0 hesabı ilə məğlub edib gedib səfərdə 0:5 hesabı ilə məğlub olur.
- Mixaylo Starostyakın qalıb Avropa Liqası matçlarında “Simurq”a kömək etməsi mümkün deyildi?
- Biz də bunu çox istəyirdik. Amma Starostyak karyerasını başa vurmağa qərar verdi. Hər halda, 37 yaşı var və daha oynamaq istəmirsə məcbur edə bilmərik.
- Matçın Zaqatalada oynanılmaması sizi təəssüfləndirmədi?
- Əlbəttə çox istəyərdik ki, Zaqatalanı da Avropada tanıdaq. Amma oradakı meydança ilə bağlı problem həll olunmadığından Bakıda rəqibimizi qəbul etməyə məcbur olduq.
- “Bney Yəhuda”nın baş məşqçis şansları 20/80-a sizin xeyrinizə dəyərləndirib.
- Verdiyi qiymətə görə, rəqib həmkarıma təşəkkür edirəm. Bu tip hörmət Qərbi avropalılara xas olan xüsusiyyətdir. Rəqib məşqçinin bizi favorit görməsi hörmətdən irəli gəlir. Amma mən düşünürəm ki, hər şeyə meydanda aydınlıq gələcək.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı