"Skenderbeu" klubunun prezidenti Ardian Takay Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə cavab oyunu öncəsi yerli jurnalistlərin suallarını cavablandırıb.
- Bakıdakı bərabərlikdən sonra cavab matçında nə gözləyirsiniz?
- Əlbəttə, növbəti mərhələyə adlayacağımıza ümid edirik. Başa düşürük ki, hələ heç nə bitməyib və qarşıda bizi daha çətin 90 dəqiqə gözləyir. Əminəm ki, komandam ilk oyunla müqayisədə daha böyük qüvvə sərf edəcək. Növbəti mərhələyə keçəcəyimizə inanıram, ancaq ehtiyatlı olmalıyıq.
- "Skenderbeu"nun növbəti mərhələyə keçmək şanslarını necə dəyərləndirirsiniz?
- Mən ilk oyundan sonra dediyimə sadiq qalıram. Hazırda şanslar 51/49-a bizim xeyrimizədir. Bilirik ki, rəqibimiz çox güclüdür. Onları məğlub etmək çətin olacaq. Çünki bu kollektiv Çempionlar Liqasında iştirak edir. Lakin bizim doğru yolda olduğunuzu düşünürəm.
- Cavab matçında azarkeşlərin köməyi sizə nə dərəcədə kömək edəcək?
- Meydanda azarkeşlərin əla oyuna şahidlik edəcəyinə əminəm. Biz onların dəstəklərinə güvənə bilərik. Azarkeşlər stadionda bizim "12-ci oyunçumuz" olacaqlar. Onların dəstəyi həmişə olduğu kimi komanda üçün vacibdir.
- Necə düşünürsünüz, "Skenderbeu" bu mövsüm Çempionlar Liqasında tarix yaza biləcəkmi?
- "Skenderbeu" bu mövsüm ötən illərlə müqayisədə daha güclüdür. Buna şübhəm yoxdur. Komandam meydanda gözəl futbol oynayır. Ona görə də bu mövsüm ÇL-də tarix yazmaq üçün uyğun il olduğunu düşünürəm. Təbii ki, bu, çoxlarına yuxu kimi gəlsə də, biz bunu reallığa çevirməyə çalışacağıq.
- Azərbaycan mətbuatı “Skenderbeu”ya aktyorların komandası kimi deyir. Bu haqda siz nə düşünürsünüz?
- Mən meydanda heç bir dram görmədim. Əksinə, biz rəqibdən daha gözəl futbol oynayırdıq. Mən düşünürəm ki, Azərbaycan mətbuatının belə deməsi komandalarının gözlənilmədən heç-heçə etməsi ilə əlaqədardır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı