Falkao qəzəbləndi, oyundan çıxarıldı (VİDEO)

VİDEO 22 İyul 2013 / 17:45 2608
-  A +

Bu yay "Atletiko" (Madrid) klubundan "Monako"ya 60 milyon avroya transfer olunan Radamel Falkao yeni klubu ilə ilk hazırlıq matçına çıxıb. Qol.Az-ın məlumatına görə, "Ausburq"la yoldaşlıq oyunu kolumbiyalı hücumçu üçün uğursuz olub. Belə ki, rəqibin futbolçusu ilə top uğrunda mübarizə aparan zaman əsəbiləşən Falkao onu itələyib. Bu isə oyunçular arasında qısamüddətli davanın yaranmasına səbəb olub. Etdiyi hərəkətə görə hakim tərəfindən sarı vərəqə ilə cəzalan futbolçu fasilədə klubun çalışdırıcısı Klaudio Ranyeri tərəfindən oyundan çıxardılıb.



Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə