Berti Foqts AFFA-nı şantaj etdi

Berti Foqts AFFA-nı şantaj etdi
ÖLKƏ FUTBOLU 20 İyul 2013 / 15:48 6188
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun "Azerisport.com"a saytına müsahibəsi
 


- Qarşıda yığmamızı Malta ilə yoxlama, İsrail ilə seçmə mərhələ oyunu gözləyir. Bu oyunlarla bağlı hansı fikirləriniz var?


- Çox çətin sualdır. Bu seçmə mərhələdəki oyunlar da göstərir ki, futbolçuların əksərinin fiziki durumu o qədər də yaxşı səviyyədə deyil. Bizi necə çətin oyunların gözlədiyini nəzərə alsaq, bu problem məni qayğılandırır.
 
- Lüksemburqla Bakıdakı heç-heçədən sonra (1:1) demək olar ki, hər kəs sizin istefanızı istəyirdi. Bu barədə nə düşünürsünüz?

- İstənilən halda Lüksemburqa qalib gəlməliydik. Bu mənada azarkeşlərin tənqidlərini yaxşı başa düşürəm və bunu qəbul edirəm. Amma mən deyərdim ki, yığma komanda həmin gün rəhbərliyim altında ən yaxşı oyunun sərgilədi. Gəlin səhvə yol verməyək və Azərbaycan futbolunu İngiltərə, İtaliya, Almaniya futbolu ilə müqayisə etməyək. Biz hələ onlardan çox geridəyik. Lüksemburqu onlar asanlıqla məğlub edə bilər, ancaq biz yox. Həm də bu oyunda komandanın dörd aparıcı hücumçusu yox idi. Baxmayaraq ki, hətta onların yoxluğunda elə ilk yarını 5:1 hesabıyla xeyrimizə başa vura bilərdik.
 
- Ancaq komandanız sonda heç-heçə oynadı...

- Mənim işim futbolçuları hazırlayıb, oyuna çıxarmaqdır. Qalanını futbolçular həll etməliydilər.
 
- Türkiyə mətbuatının məlumatına görə, siz Almaniyadakı tanıdığınız mütəxəssislərdən ölkənizdə çıxış edən türk əsilli futbolçuları izləməyi xahiş etmisiz. Guya Türkiyə millisinə lazım olmayan həmin futbolçuları sonradan Azərbaycan yığmasına cəlb edəcəksiz...

- Cəfəngiyatdı. Əksinə, mən yığmada legionerlərin sayını minimuma endirmək üçün çalışıram. Bu, doğru deyil. Mən Azərbaycan millisində məhz yerli futbolçularla çalışmaq istəyirəm.
 
- Azərbaycanda Cihan Özkara ilə Əli Gökdəmirin yığmaya cəlb olunması heç də isti qarşılanmır. Çoxları bu iki futbolçunu millidə artıq hesab edir...

- Unutmayın ki, onlar bu komandaya birdən-birə gəlməyiblər. Buna qədər hər iki futbolçu gənclərdən ibarət yığmalarda da forma geyiblər. Biz onları gözəl gözlərinə aşiq olub seçməmişik. Oynadıqları aşağı yaş qrupları üzrə yığmalarda ən yaxşılar məhz onlar olublar. Axı mən indi kimlərinsə narazılığına görə onları komandadan uzaqlaşdıra bilmərəm. Görünür, onlardan narazı olan insanların futboldan çox yaxşı başı çıxır. Azərbaycanlılar məni təəccübləndirməkdə davam edirlər. Hər dəfə bura gələndə yeni nəsə öyrənirəm. Nə vaxtsa mən də burda baş verənlərdən, gördüklərimdən danışacağam. UEFA və FİFA bu xəbərləri eşidəndə çox sevinəcək.
 
- Bəlkə, dərhal kitab yazasınız?

- Əminliklə deyirəm ki, belə bir fikrim yoxdu. Amma hansısa informasiyaları paylaşacağam.
 
- Maraqlı bir tendensiya var: Yığmamızın hər uğursuz oyunundan sonra sizin istefanız gündəmə gəlir və dərhal da mətbuatda sizinlə hansısa yığma komandanın maraqlandığı haqda xəbərlər dolaşır. Xüsusilə də bu, Polşa yığmasına və mətbuatına aiddir...

- Mənim hələlik AFFA ilə müqaviləm var. Mən heç kimlə danışıq aparmıram və aparmayacağam. Ola bilər ki, bunu kimlərsə qəsdən edir. Amma bundan xəbərim yoxdu. Əgər bu, doğru olsaydı, Almaniya mətbuatı da yazardı. Mən belə şey eşitməmişəm. Həm də ümumiyyətlə Polşa yığması məni maraqlandırmır.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu