“Oyundan qabaq deyilirdi ki, favorit “Neftçi”dir. Ancaq dünənki oyun bir daha sübut etdi ki, Avropada zəif rəqib yoxdur”.
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın U-19 millisinin baş məşqçisi Arif Əsədov “Neftçi”nin dünən Çempionlar Liqasının II təsnifat mərhələsində “Skenderbeu” klubuna qarşı keçirdiyi oyun (0:0) haqda danışarkən deyib.
Onun sözlərinə görə, “Neftçi” Albaniya klubuna öz meydanında qalib gələ bilməsə də, qolsuz bərabərlik də pis nəticə deyil. Həmçinin o qeyd edib ki, Albaniya klubu oyuna yaxşı hazırlaşdığı üçün hesabın açılmasına imkan verməyib: “İlk 15 dəqiqə açıq futbol getdi. Rəqib də bu vaxt ərzində bir neçə əks-hücum etdi. Ancaq sonradan “Neftçi” üstünlüyü tam ələ aldı. Sadəcə, oyunda qol çatmadı. “Skenderbeu” yaxşı bilirdi ki, fərdi mübarizələrdə “Netçi”nin hər bir futbolçusu onlardan güclüdür. Ona görə də meydanın mərkəzini “Neftçi”yə verib, oyunu arxadan qurmuşdular. Bu da normaldır. Çünki onları səfərdə heç-heçə qane edirdi. Ancaq oyunun 0:0 hesabı ilə bitməsi heç də “Neftçi” üçün pis nəticə deyil. Çünki “Neftçi” səfərdə qol vurmağa qadirdir. Həm də səfərdə qapalı oyun olmayacaq. Rəqib də hücuma qoşulacaq. Ona görə də müəyyən boşluqlar olacaq. Məncə, mərhələni keçmək üçün “Neftçi”nin şansı daha çoxdur. Komandamızın 70 faiz üstünlüyü var”.
A.Əsədov Avroliqanın II təsnifat mərhələsində bu gün ilk oyunlarına çıxan komandalarımız haqda danışıb. O qeyd edib ki, I təsnifat mərhələsində heç bir komandamız istənilən oyunu göstərə bilməyib: “Mövsümün əvvəli olduğu üçün komandalarda müəyyən çatışmazlıqlar var. Bu da normaldır. Artıq ikinci turda rəqiblər də güclü olacaq. Bugünkü oyunlardan sonra rəqiblərin hansı gücə malik olmasını daha yaxşı biləcəyik”.
A.Əsədov “Qarabağ”ı daha şanslı gördüyünü qeyd edib: “Qarabağ” öz meydanında oynadığı üçün bu komandadan uğur gözləyirəm. “Qarabağ” Avropada daha çox irəli gedə bilər. Çünki oturmuş heyəti var. Ən az şansı olan isə “Xəzər Lənkəran”dır. Çünki rəqibi güclü “Makkabi” (Hayfa) klubudur. Ancaq “İnter” və “Qarabağ” növbəti mərhələyə keçməlidir və keçəcəklər. Əgər komandalarımız qarşısına qrup mərhələsinə düşməyi məqsəd qoyubsa, belə komandaları inamlı qələbələrlə keçməlidir”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı