"Ötən mövsüm APOEL-lə də evdə 1:1 oynamışdıq. Amma səfərdə 3:1 hesabıyla qalib gəldik. Əminəm ki, biz bu mərhələni keçəcəyik".
Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Çempionlar Liqasının II təsnifat mərhələsində “Skenderbeu” komandası ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Demişdiniz ki, ilk oyunda qalib gələ bilməsək, səfərdə yüz faiz qələbə qazanacağıq.
- Mənim iddiam davam edir. Rəqib meydanda futbol oynamaqdansa, hospital açmışdı. “Skenderbeu” heç bir cəhətdən “Neftçi”dən üstün ola bilmədi.
- Sizə elə gəlmir ki, komandaya fiziki hazırlığı çox keçməmisiniz? Komandada yorğunluq var idi.
- Heç bir futbolçumda yoğunluq yox idi. Çünki bütün futbolçularım sona qədər meydanda mübarizə apardı.
- Vobayla Mahir arasında hansısa problem var ?
- Bizim elə bir komandamız var ki, heç kim bir-birinin xətrinə dəyə bilməz. “Neftçi”də az futbolçu yoxdur.
- Flavinyonu gələcəkdə cinahlarda oynada bilərsiniz?
- Flavinyonu hansı mövqedə istəsən oynatmaq olar. Bu gün qismətimizdə qol vurmaq yox imiş. Sadəcə top qapıdan keçmirdi. Yeni transferimiz Platyen qol vurmaq üçün çox çalışdı. Ona bildirmişdim ki, Azərbaycan azarkeşləri ilk oyundan sənə qiymət verəcəklər.
- İki futbolçunuz lazımsız sarı vərəqə aldı.
- Futbolçu da insandır. Özünüz gördünüz ki, necə gərgin oyun keçdi. Mübarizə zamanı alınan sarı vərəqələrə bir söz deyə bilmərəm. Ancaq futbolçu lazımsız yerə sarı vərəqə alırsa, mütləq bu barədə komanda ilə söhbətim olacaq.
- Sizcə, belə rəqiblərə qarşı yeni bir sistemlə oynamaq lazım deyil?
- Təkcə birinci hissədə 30 dəfə fərqli hücum etmişik. Həm də rəqib sırf müdafiə olundu. Biz də əlimizdən gələni etdik. Ən çox qorxduğumuz rəqibin bizi əks hücumda tutması idi. Mən qətiyyən narahat deyiləm. Çünki komandamın oyununa baxanda gördüm ki, tam hazırdır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı