“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun sabiq üzvü, rejissor, futbol azarkeşi Bəhram Bağırzadənin Qol.Az saytına müsahibəsi
- Artıq komandalarımız Avroliqada II təsnifat mərhələsinə adlayıb. Onların çıxışı haqda fikirlərinizi bilmək istərdik.
- Futbolumuzda irəliləyiş var. Bu, göz qabağındadır. Sadəcə,futbolçular öz üzərində işləməlidirlər. Çünki onlar üçün çox böyük şərait yaradılıb. Yaxşı otellərdə qalırlar, yüksək maaş alırlar, ancaq bunun müqabilində oyun göstərmirlər.
- Hansı komandamıza azarkeşlik edirsiniz?
- Sabah Çempionlar Liqasının “Neftçi” – “Skenderbeu” oyununu canlı izləyəcəm. 1979-cu ildən bu komandaya azarkeşlik edirəm. “Neftçi” tərəfədən dəvət olunmuşam. Sabah tamaşaçılarla birlikdə “Neftçi”nin formasında komandama azarkeşlik edəcəm.
- Digər klublarımızdan hansınının oyununu bəyənirsiniz?
- Bütün komandalarımıza azarkeşlik edirəm. Ancaq uşaqlıqdan ürəyimə yatan flaqmanımızdır. Sonra “Qarabağ” gəlir. Çünki baş məşqçi Qurban Qurbanova çox böyük hörmətim var. Ona keçmiş futbolçu, məşqçi, mərd insan və vətənpərvər kimi rəğbətim var. Qurban Qurbanov çox güclü kollektiv yaradıb. Ona görə də düşünürəm ki, “Qarabağ” bu il yaxşı uğura imza atacaq.
- “Xəzər Lənkəran” və “İnter”in çıxışları haqda nə deyə bilərsiniz? Onlardan bu il yaxşı nəticə gözləmək olar?
- Təəssüflər olsun ki, “Xəzər Lənkəran” gözlənilən oyunu sərgiləyə bilmir. Bu komanda daha yaxşı oynaya bilərdi. Çünki komandaya çox böyük maliyyə ayrılıb. Bu qədər xərclənən pulların qarşılığında komanda lazım olan nəticəni qazana bilmir.
- “Xəzər Lənkəran”ın növbəti rəqibi İsrailin “Makkabi” (Hayfa) klubudur. Sizcə, təmsilçimiz bu rəqibi keçə bilər?
- “Makkabi” çox güclü komandadır. “Xəzər Lənkəran” üçün çox çətin olacaq. Çünki hazırda İsraildə hava həddindən artıq istidir. Həm də Hayfa şəhərində bu vaxtlar çox pis küləklər əsir. Mən İsrailin Hayfa şəhərində olmuşam. Bilirəm ki, futbolçularımız üçün çox çətin olacaq. Həm də nədənsə, İsrail komandalarına həmişə uduzuruq.
- Müsahibənizdə “İnter”in komanda olmadığını bildirmişdiniz.
- Bəli. Bu gün “İnter” komanda deyil. Vaxt gələcək komanda olacaq. Halbuki rəhbərlik çalışır ki, yaxşı heyət formalaşdırsın. Ancaq hələ komanda hiss olunmur.
- Hansı cəhətinə görə belə düşünürsünüz?
- Futbolçulara görə. Mən həmişə futbolda oyunçuları günahlandırıram. Çünki onlara hər cür imkan yaradılıb. Ancaq futbolçular peşəkar olmaq istəmirlər. Bu da onların problemidir. Həmişə demişəm ki, əgər biz KVN-çilərə vaxtı ilə belə şərait yaradılsaydı, hər il Moskvada çempion olardıq.
- Tanınmış insan kimi futbol azarkeşlərimizə çağırış edərək, onlara nə demək istəyirsiniz?
- Həmişə təmənnasız çağırışlar etmişəm. Ancaq söz vermişəm ki, bundan sonra çağırış etməyəcəyəm. Çünki bəzi futbolçular oyundan sonra bildirirlər ki, bizə belə azarkeş lazım deyil. Özümə gəldikdə isə, nə qədər, gücüm var, gedib, azarkeşlik edəcəyəm.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı