Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşanın "Piast" klubunun prezidenti Yaroslav Kolodzeyçuk Azərbaycana gəlməkdə çətinlik çəkdiklərini deyib. O, ölkəmizdə havanın hərarətinin yüksək olmasından, Azərbaycan mətbəxindən və qonaqvərvərliyindən şikayətlənib.
Qol.Az saytına açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələyə münasibət bildirib. O qeyd edib ki, heç bir komanda Azərbaycanın qonaqpərvərliyinə irad tuta bilməz: “Son dörd ildə “Qarabağ” avrokubok oyunlarında Bakıda 12 komanda qarşılayıb. Heç bir komanda indiyədək Azərbaycanın yeməyindən, suyundan narazılıq etməyib. Nəhəng “Borussiya”, eləcə də “Rusenborq” da Azərbaycandan xoş təəssüratlarla ayrılıb”.
N.İbrahimov “Piast”ın Bakıya gəlmək üçün viza problemi ilə üzləşəcəkləri haqda iddialarına da münasibət bildirib: “Rəqib komandadan bildiriblər ki, viza məsələsinə Azərbaycana gəlməyə çətinlik çəkirlər. Ancaq bu komanda üçün heç bir problem olmamalıdır. Çünki Polşada Azərbaycanın səfirliyi var. Biz viza məsələsində əlimizdən gələn köməkliyi “Piast” üçün etmişik. Bundan əvvəlki oyunumuz Makedoniyanın “Metallurq” klubuyla idi. Heç Azərbaycanın Makedoniyada səfirliyi yoxdur. Ancaq biz onların viza problemini həll etdik. “Piast” ölkəmizi bəyənməsə də, biz sözümüzü onlarla oyunda deyəcəyik. “Qarabağ”ın ən çox azarkeş dəstəyi elə Polşa klubu “Visla” ilə oyunda olmuşdu. İndi isə “Piast”ın cavabını vermək üçün azarkeşlərimizlə birləşməliyik”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi