“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yaxın vaxtlarda komandaya yeni futbolçu cəlb etmək istədiklərini bildirib.
Qol.Az-ın “Futbol+” qəzetinə istinadən yaydığı məlumata görə, Avroliqanın I təsnifat mərhələsinin “Metallurq”la cavab oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Q.Qurbanov transfer etmək istədikləri futbolçunun klubu ilə problemi olduğunu qeyd edib. “Yaxın vaxtlarda komandanı yeni bir orta xətt oyunçusu ilə gücləndirmək istəyirik. Ancaq həmin futbolçunun ilk növbədə komandası ilə razılığa gəlməlidir. Əgər futbolçu ilə klub arasında olan problemlər yoluna qoyulsa, transfer baş tutacaq. Bu, alınmasa, başqa variantlar da, düşünmüşük”.
“Müdafiəçi almaq istəyirsinizmi sualına” isə Q.Qurbanov belə cavab verib: “Hər mövqedə olduğu kimi, müdafiədə də gənc futbolçularımız var. Qarşıdakı oyunlarda onlara da şans vermək istəyirik. Yeni müdafiəçilər alsaq, onda gərək yerli futbolçularla vidalaşaq”.
Q.Qurbanov son mövsüm bir neçə futbolçunun “Qarabağ”ı tərk etdiyi üçün komandanı qurmaqda çətinlik çəkdiyini deyib. O bildirib ki, heyətdə xeyli dəyişiklik etməyə məcbur olub: “Transfer məsələsi kənardan asan görünə bilər. Ancaq bunu üçün xeyli vaxt tələb olunur. Komandanı qurmaq baxımından bu il mənim üçün çox çətin oldu. Heyətdə xeyli dəyişiklik etdim, yerli futbolçulara üstünlük verdim. Millinin üzvləri - Əfran İsmayılov, Rauf Əliyev və Vaqif Cavadov getdi. Gedən futbolçuların yerini doldurmaq üçün isə vaxtımız çox getdi. Bununla yanaşı onları göndərməklə düzgün addım atdım. Onların mövqeyinə futbolçu gətirmək mənim üçün böyük risk idi. Çünki gətirdiyim futbolçunun oyun üslubu ilə yanaşı əxlaqının, intizamının da yerində olması vacibdir. Azərbaycan futbolu getdikcə inkişaf etsə də, futbolçular bura başqa cür gəlir. Azərbaycana gətirdiyimiz futbolçuların oyunları bir kənara, mentalitetlərini Azərbaycana uyğunlaşdırmalıyıq”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi