“Qəbələ” idman klubunun boks bölməsinin rəhbəri, peşəkar boksçu Fariz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Bu yaxınlarda “Qəbələ” və “Fənərbaxça” klubları arasında boks üzrə yoldaşlıq oyunu keçirildi. Yarışın əsas təşəbbüsü kim tərəfindən oldu?
- Bizim “Fənərbaxça” klubu ilə sıx əməkdaşlığımız var. Qarşı tərəfdən bizə təklif olundu ki, dəvət etsəniz, gələrik. Bu yarışın keçirilməsinin əsas təsşəbbüsü Türkiyənin beynəlxalq dərəcəli hakimi Kibar Tatar idi. Biz də məmnuniyyətlə bu təklifi qəbul etdik.
- “Fənərbaxça” klubu yarışın təşkilatçılığından razı qaldı?
- Yarış Azərbaycanda ən yaxşı şoulardan biri oldu. “Qəbələ” İdman Klubu təşkilatçılığı adına layiq etmişdi. Hər şey istədiyimizdən də yaxşı oldu. Hər kəs yarışdan razı qaldığını bildirdi. Təşkilatçılıq mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi.
- Boksçuların çıxışı haqda nə deyə bilərsən?
- Gərək həmişə haqqı deyəsən. Hakimlər bəzi epizodlarda səhvlərə yol verdi. Deməzdim ki, böyük səhvlər etdilər. Hər bir insan səhv edə bilər. Ancaq mənim bir boksçu kimi razı olmadığım qərarlar oldu. Bizim boksçumuz Məhəmmədəli Tahirovun məğlubiyyəti ilə razı deyildim. 91 kiloda mübarizə aparan Məhəmmədəlinin 17 yaşı var. Rəqibinin isə 23 yaşı var idi və beşqat Avropa çempionu idi. Buna baxmayaraq, Məhəmmədəli 29:28 hesabı ilə qalib olmuşdu. Amma daha bir boksçumuz Əhmədov Ramilin qalibiyyəti ilə də razı deyiləm. Həmin döyüşdə türk boksçu qalib gəlmişdi. Boksçumuz Rahil Məmmədlinin də qalibiyyəti ilə razı deyiləm. Həmin döyüşdə də əslində türkiyəli boksçu qalib gəlmişdi. Yəni əslində ümumi hesab 4:4 olmalı idi. Amma belə hakim səhvləri çox olur. Yoldaşlıq oyununda nəticə elə də önəmli deyil. “Qəbələ”nin tarixində indiyədək boks şousu olmayıb. Hakimlər də mətbuat konfransında dedi ki, hələ belə şou görməmişik. Bir şeyi də nəzərinizə çatdırım ki, “Fənərbaxça” Futbol Klubu 1907-ci ildə yaranıb. Ancaq “Qəbələ” Futbol Klubu 2005-ci ildə yaranıb. “Qəbələ” İdman Klubu isə cəmi beş aydır yaranıb. Klub olaraq beş ay ərzində bu nəticəni əldə etmişik. Buna görə də, boksçularımızdan razıyam. Onu da deyim ki, yığma komandamız gənclərdən ibarətdir. Ən yaşlı boksçumuz 60 kiloda yarışan Ruslan Alıyev idi.
- Rəqib boksçuların daha təcrübəli olduğunu bilirik. Türkiyəli idmançılar çox güclü idi?
- Onların bokçuları həddindən artıq titullu idi. “Fənərbaça” klubu istər futbol, istərsə də başqa idman növlərində Türkiyədə bir nömrədir. Bizim dəvət etdiyimiz boksçuların da hamısı Türkiyənin bir nömrələri idi.
- Belə yarışların ardı olacaq? Ümumiyyətlə hansı yarışa hazırlaşırsınız?
- Klub rəhbərliyi sag olsun ki, bütün istəklərimizi yerinə yetirir. Bizə çox gözəl şərait yaradılıb. Rəhbərlik tərəfindən qarşımıza plan qoyulub. Biz də bunun üzərində işləyirik. Əgər qısa bir zamanda iri addımlarla irəli gediriksə, “Fənərbaxça” kimi tanınmış klubla yarışırıqsa, hesab edirəm ki, gələcəkdə boksçularımız öz sözlərini Avropa oyunlarında və 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında deyəcəklər.
- Komandaya yeni baş məşqçi gətirilib. Onun haqqında nə deyə bilərsiz?
- Hamı bilir ki, boksun vətəni Kubadır. Ən çox olimpiya çempionu məhz Kubadandır. Boks bölməsinin rəhbəri kimi kluba müraciət etdim ki, yaxşı baş məşqçiyə ehtiyacımız var. Rəhbərlik sağ olsun, istəyimizi həyata keçirdi və kubalı baş məşqçi Lazaro Martinez Ximenez komandaya gətirildi. Bu mütəxəssisin üç yetirməsi ayrı-ayrı vaxtlarda olimpiya çempionu olub. Onunla bir illik müqavilə imzaladıq. Başqa bir köməkçi məşqçi də gətirmişik. Bu, rusiyalı Umarov Ruslandır. Bundan başqa iki azərbaycanlı məşqçimiz var.
- Yeni baş məşqçi hansı uğurları vəd edir?
- Biz Lazaro ilə bir illik müqavilə bağlayanda nəzərə almışıq ki, o, özünü doğrultsa, klubda işinə davam edəcək. Ancaq özünü doğrulda bilməsə, artıq bizim onunla işimiz bitəcək. Lazaro klubla müqavilə bağlamamış boksçularımızla tanış oldu. Üç gün Qəbələdə qaldı. Məşqləri bizimlə birgə seyr etdi. Ondan sonra danışıqlara yekun vurduq və müqaviləni bağladıq. O özü də bildirib ki, boksçularda yüksək perspektiv görür və gələcəkdə yaxşı nailiyyətlər əldə edəcəyimizə söz verib. Mən özüm də boks bölməsinin rəhbəri olmağıma baxmayaraq, Lazaro ilə məşqlər edəcəyəm.
- Dekabr ayında Almaniya çempionu ilə döyüşün olmalıdır. Bu döyüşə hazırlıqlar necə gedir?
- “Fənərbaxça” ilə yarış məni çox yordu. Üzərimə xeyli iş düşmüşdü. Bu, ilk işimiz idi. İndi də müqəddəs Ramazan ayı başlayıb. Allah qismət eləsin ki, bu ayda orucumuzu tutaq. Yarışa konkret hazırlığım sentyabr ayında başlayacağıq. Ancaq avqustun 5-də toplanışa gedəcəyəm. Əsas işimiz isə sentyabrın 15-dən dekabra qədər olacaq. Toplanışlar isə müxtəlif ölkələrdə olacaq.
- Başqa döyüş keçirməyi nəzərdə tutmusan?
- Düzü, bunu özüm istəmirəm. Hər şeyə peşəkar yanaşmaq lazımdır. Yarışda döyüşmək asandır. Ancaq ona hazırlaşmaq çox çətindir. Ola bilsin ki, Almaniya boksçusu ilə döyüşdən qabaq daha bir reytinq döyüş keçirdim.
Ramiq AĞAMƏMMƏDOV
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq
Sabiq "Neftçi"li Qırğızıstan klubunda
Mbappe zədəsini sağaltdı
"Eyüpspor"dan ayrılan kimi yeni komanda tapdı
Milli uduzdu, federasiyanın prezidenti cəzalandırıldı
"Şəfa" Amil Yunanovla yollarını ayırdı
PSJ "Çelsi"nin yarımmüdafiəçisinə göz dikdi
AFFA rəsmiləri Türkiyədə səfərdə olublar
Belhanda klubunu dəyişdi
"Qarabağ" - "Ayntraxt" matçının biletləri satışa çıxır
"Beşiktaş"dan Kolumbiya klubuna
"Real"ın kapitanı üzr istədi
UEFA nümayəndələri hakimlərimizə seminar keçdi
15 yaşlı Əli "Qarabağ"ın bugünkü məşqində - Video
"Səbail"dən daha bir transfer
Emrah Çelikel mükafata layiq görülüb
Azərbaycanda oynamış futbolçu Almaniya klubuna keçdi
A seriyasında ayın ən yaxşısı odur
"Zəfər" mükafatına layiq görüldülər - Şəkillər
"Qarabağ"da 46 qol vurmuşdum" - Juninyo
Arteta ilə müqavilə uzadılır
Pikedən “Real”ın məğlubiyyətinə istehzalı reaksiya
“Roma” hücumçu transfer etdi
Emreli: "2025-ci ildən dərs çıxardım" - Video
Azərbaycanlı futbolçu ilə müqavilə uzadıldı
"3 gündə 2 titul itirdik"
Kroos: "Barselona" beynəlxalq kubok qazana bilməyəcək"
Qriqorçuk sabiq klubuna qayıtdı
Millimizin Danimarka ilə oyunlarının hakimləri açıqlandı
"Bavariya"da ciddi itki
Layonnel Adams binadan yıxılaraq həyatını itirdi
"Arsenal" London derbisini belə qazandı - Video
İranda üç idman adamı etiraz aksiyalarında öldürülüb
Şok məğlubiyyətin səbəbkarını açıqladı
"Bavariya"nın 3 qollu qələbəsi - Video
Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi
"Real"dan Arbeloa ilə uğursuz start - kuboka erkən vida
"Fənərbaxça" və "Trabzonspor"dan qələbə
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi