İndiki "Metallurq" Bakıda dörd qol vurduğumuz komanda deyil"

İndiki "Metallurq" Bakıda dörd qol vurduğumuz komanda deyil"
ÖLKƏ FUTBOLU 6 İyul 2013 / 00:15 3772
-  A +

Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi



- Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın “Metallurq” komandasına səfərdə 1:0 hesabı ilə qalib gəldiniz. Oyun haqda fikirlərini bilmək istərdik.

-  İlk oyunumuzun səfərdə olmağı yaxşı oldu. Türkiyədən birbaşa Makedoniyaya yollandıq. Futbolçularımızın hamısı formalarına yaxın idi. Bilirdik bizi necə oyun gözləyir. Həyya onu da bilirdik ki, “Metallurq” Bakıda dörd qol vurduğumuz komanda deyil, indi daha güclüdürlər. Əvvəlcədən rəqibi çox yaxşı analiz etdik. Zəif və güclü tərəflərini bilirdik. Demək olmaz ki, “Qarabağ” həmin oyunu yüksək səviyyədə keçirdi. Səbəb də o idi ki, cəmi bir gün öncə Skopyeyə getmişdik. Dincələ bilməmişdik. Həm də hava çox isti idi. Amma oyuna yaxşı motivasiya olunduq. Bunun nəticəsində də Bakıya 1:0 hesablı qələbə ilə döndük.

- “Metallurq”un sizə rəqib olmağını istəyirdiniz? Yəni arzuolunan rəqib idi?

- Mən istəməzdim. Çünki mümkün rəqiblərin ən çətini “Metallurq” idi. Bu komandanın adı gələndə hamı tanıyır və bilir ki, hansı komandadır. Ancaq qismət belə imiş. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə keçək.

- Bu komanda ilə ikinci dəfə qarşılaşmaq “Qarabağ”ın xeyrinədir, yoxsa ziyanına?

- Hiss olunurdu ki, rəqib bizi yaxşı tanıyır. Öz oyunumuzu göstərməyə imkan vermirdilər.  2010-cu ildə bu komanda ilə daha rahat oynayırdıq. Bu dəfə isə rəqiblər bir-birini daha yaxşı tanıyırdı. Ancaq nəticəyə baxanda “Metallurq”la növbəti dəfə qarşılşmağın bizə sərf etdiyini demək olar.


- Avrokuboklarda iştirak edən digər komandlarımızın rəqibləri ilə müqaisədə “Metallurq”u daha çətin komanda hesab etmək olar?

- Bəli. “Metallurq” əməlli başlı oynayan komandadır. “İnter” və “Xəzər Lənkəran”ın rəqibləri isə hələ formalaşmayıb. Yəni gənc komandalardır. Ancaq “Metallurq”un orta xəttində çox güclü futbolçular var. Hətta oyunun ikinci hissəsində o dərəcədə oynadılar ki, bilmirdik neyləyək. Yenə də arxada sıxlıq yaratdıq, orta xətt oyunçularımız da köməyə gəldi. Ondan sonra rəqibin təzyiqinin qarşısını aldıq. “Xəzər Lənkəran” və “İnter”in ilk oyundakı nəticələri ürəkaçan deyil. Ancaq məncə, hər iki komandamız növbəti mərhələyə keçəcək. “İnter”in oyunun izləmişəm və rəqibi üstələyə biləcəklərini deyə bilərəm. “Xəzər Lənkəran”ın isə oyunçuları fərdi olaraq rəqibdən güclüdür.

- “Qarabağ”ı  “Metallurq”dan birbaş güclü hesab etmək olar?

- Məncə eyni səviyyəli komandalardır. Çünki onların da bir neçə qol imkanları oldu. Rəqib bizə orda qalib gəlsəydi, demək olmazdı ki, “Metalluq” bizdən birbaş üstün komandadır.

- Cavab oyunundan nə gözləmək olar?

- “Qarabağ” elə komandadır ki, azarkeş dəstəyi çox olanda daha yaxşı oynayır. Daha inamlı olur və əlindən gələni edir ki, azarkeşlərini sevindirsin. Nə bacarırsa, hamısını meydanda qoyur. Ona görə də azarkeşlərə demək istəyirəm ki, gəlib bizi dəstəkləsinlər.  

- 2010-cu ildəki kimi rəqibə böyükhesabla qalib gələ bilərsiniz?

- İlk növbədə çalşacağıq ki, öz oyunumuzu göstərək və mərhələni keçək. Gözləyirik ki, “Qarabağ”I sevənlər stadiona gəlsinlər. Onların köməyi ilə növbəti mərhələyə keçə biləcəyik.    

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"