“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın “Metallurq” klubuna səfərdə 1:0 hesabı ilə qalib gəldiyiniz oyunu necə dəyərləndirirsən?
- Oyun bizim üçün çətin keçdi. Birinci tur olduğu üçün istənilən səviyyədə hazırlaşa bilməmişdik. Milli komandadan gələn futbolçular komandaya gec qoşulmuşdu. Ona görə də bəzi çətinliklərimiz var idi. Oyunun iki gün əvvələ keçirilməsi isə problemlərimizi artırdı. Bu səbəbdən oyun bizim üçün ağır başladı. Xüsusilə də birinci hissə çətin oldu. Hücumlar etsək də, oyunumuz alınmırdı. İstədiyimiz kimi çıxış edə bilmirdik. Amma ikinci hissədə “Qarabağ”a yaraşan futbol nümayiş etdirdik və Allahın köməkliyi ilə qələbə qazandıq.
- İki illik fasilədən sonra “Qarabağ”ın Avroliqadakı çıxışını qənaətbəxş hesab etmək olar?
- Onu deyim ki, səfərdə qalib gəldik. Oyun günün isti vaxtında keçirildi. Qızmar günəşin altında oynadıq. Həm də xeyli fasilədən sonra ilk oyunumuz idi. Bütün bunları nəzərə alsaq, yaxşı oynadıq. Bir matçla “Qarabağ”ın oyununa qiymət vermək olmaz. Çünki ilk oyunda təbii olaraq müəyyən çatışmazlıqlar olur.
- Çoxları “Metallurq”un əvvəlki illərlə müqaisədə gücləndiyini deyir.
- Mən elə bir fərq görmədim. Sadəcə indi daha əzmkardırlar.
- Səfərdə hansı nəticəyə köklənmişdiniz?
- Biz nəticəni düşünmürdük. Çalışırdıq ki, qələbə qazanaq. Ancaq heç-heçə olsaydı da, bizim üçün pis nəticə olmayacaqdı.
- Hücum xəttində çıxış edən yeni futbolçu Nikolas Gelaşvili necə təsir bağışladı? Səncə, onun gəlişi “Qarabağ”da olan hücumçu problemini aradan qaldıra bilər?
- Gelaşvili yaxşı çıxış etdi. Belə görünür ki, tez bir zamanda komandaya fayda verəcək. Digər transferimiz Leroy Corc isə hələ ki, istənilən səviyyədə çıxış etmir. Çünki o, 45 gün istirahət edib. Ona görə də formasını yığmaq üçün bir az vaxt lazımdır. Corca nisbətən Gelaşvilini oyunlara hazır hesab etmək olar.
- “Qarabağ”la eyni vaxtda “Xəzər Lənkəran”da səfərdə meydana çıxdı və 1:1 hesablı nəticə ilə gerdi döndü (müsahibə Bakı “İnter”inin Finlandiya “Maryehamn”ı ilə oyununda əvvəl götürülüb – red.). “Xəzər Lənkəran”ın bu nəticəsi haqda nə deyə bilərsən?
- Məncə, “Xəzər Lənkəran”da sərfəli nəticə qazanıb. Çünki rəqib meydanında qol vurmaq uğurlu nəticədir. Bizi Avropada təmsil edən bütün komandalarımıza uğurlar arzulayıram. Nə qədər yaxşı nəticə qazansaq, reytinqimizin artmağı üçün yaxşıdır. Vaxtilə Gürcüstan reytinq cədvəlində bizdən bir pillə yuxarı olduğu üçün kubok qazanan komandası Avroliqanın ikinci təsnifat mərhələsindən başlayırdı. Biz də reytinqimizi artırmalıyıq ki, gələn il klublarımız ikinci turdan başlasın. Onda hazırlaşmağa da vaxtımız çox olar.
- Növbəti mərhələyə keçmək şansınızı necə görürsən?
- Cavab oyununda bizi doxsan dəqiqəlik çətin oyun gözləyir. Ola bilər 120 dəqiqə oynayaq. Ona görə də hər şeyə hazır olmalıyıq. Hər bir nəticə qeydə alına bilər. Çünki rəqib Bakıya hesabda geri durumda gələcək. Ona görə də daha çox hücum etməyə çalışacaqlar. Biz də diqqətli olub, sərfəli nəticə qazanmalıyıq. Kimin daha şanslı olduğunu deyə bilmərəm.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı