İspaniya çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib. Qol.Az-ın xəbərinə görə, bu haqda məlumatı AFFA-nın saytı yayıb.
Məlumatda xatırladılıb ki, Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət olunub. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirib. O, bununla əlaqədar, Azərbaycan milli komandasının Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməyib.
AFFA-nın məlumatında qeyd olunub ki, federasiya Eddi İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirib. Onlar İsrafilovun İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan milli komandasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib.
“Milli komandada hər hansı məbləğ qarşılığında oynamağın yolverilməz olduğunu bildirən AFFA Eddi İsrafilovun təklifini qəbul etməyib və qeyd edib ki, millinin şərəfini qorumaq hər bir idmancı üçün müqəddəs borc hesab olunmalıdır.
AFFA Eddi İsrafilova İspaniya milli komandasına dəvət olunmaq məsələsində və gələcək futbolçu karyerasında uğurlar arzulayır” – deyə qurumu rəsmi saytının məlumatında bildirilir.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər