“Burda olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir. Çünki böyük bir komandaya gəlmişəm”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni baş məşqçisi Milinko Pantiç deyib.
İctimaiyyətə təqdim edilən serbiyalı mütəxəssis “Bakı”da uğur qazanacağına əmin olduğunu bildirib:
“Əlimdən gələni edəcəyəm ki, mənə bəslənən ümidləri doğruldum. ilk növbədə Hafiz Məmmədova təşəkkür edirəm. Çox adlı-sanlı klublardan mənə təklif gəlmişdi. Ancaq “Bakı”nı seçmək qərarını verdim. Qarşıma məqsəd qoymuşam. Həmişə məqsədimə çatan insanam. Rəqabəti xoşlayan məşqçiyəm. Hamının qarşısında klub prezidentinə söz veriəm ki, komandaya lazım olan nəticəni qazandıracam.
M.Pantiç “Bakı”nı seçməyinin səbəblərindən də danışıb: “Komandanın qoyduğu şərtlərlə maraqlandım. Gördüm ki. Azərbaycan futboluunun böyük gələcəyi var. Ona görə də təklifi dəyərləndirdim. Böyük ölkələrdən də təkliflər gəlmişdi. Ancaq sonda buranı seçdim. İnşallah burda bir il yox, uzun müddət olaram. Bu vaxt ərzində çalışacam ki, azərbaycanlı futbolçular inkişaf etsin. Həyatım futbolla bağlıdır. Mən baş məşçi işləyəndə Xosep Qvardiola hansısa üçüncü divizion klubunda məşqçi idi”.
“Bakı”ya öz məşqçiləri ilə gələn Pantiç vaxtı gələndə yerli məşqçilərlə də işləyəcəyini bildirib: “Mənə tək məşqçi heyəti yox, futbolçular da kömək etməlidir. Sadəcə olaraq istəyirəm ki, tanıdığım məşqçilərlə birlikdə burdakı şəraitə öyrənim. İstəsəniz gəlib məşqlərimdə iştirak edə bilərsiniz. Mən bura dağıtmağa yox, qurmağa gəlmişəm. Mənə inam olsa, hər şey yaxşı olacaq. Yəqin ki, bir müddətdən sonra azərbaycanlı məşçilərlə də işləyəcəm".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər