"Qarabağ" və "Xəzər Lənkəran"ın Avroliqadakı oyunlarının vaxtı dəyişdirildi

"Qarabağ" və "Xəzər Lənkəran"ın Avroliqadakı oyunlarının vaxtı dəyişdirildi
GÜNDƏM 25 İyun 2013 / 11:15 4643
-  A +

"Qarabağ" və "Xəzər Lənkəran" klublarının UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində, müvafiq olaraq, "Metalurq" (Makedoniya) və "Slima Uonderers" (Malta) komandaları ilə keçirəcəyi qarşılaşmaların tarixi dəyişdirilib.

Qol.Az-ın məlumatına görə, iyulun 4-nə nəzərdə tutulan "Metalurq" (Makedoniya) - "Qarabağ" və "Slima Uonderers" (Malta) - "Xəzər Lənkəran" oyunları iyulun 2-nə keçirilib.

Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul olunub.

Daha çox


Son xəbərlər