Mircavadov: "Qarabağ"ın rəqibi daha güclüdür"

Mircavadov: "Qarabağ"ın rəqibi daha güclüdür"
ÖLKƏ FUTBOLU 25 İyun 2013 / 00:01 3960
-  A +

“İndi Avropada zəif klub yoxdur. Malta gəlib Ermənistanı udursa, deməli artıq Avropada zəif futbol yoxdur. Ona görə də, hər bir rəqibə qarşı ciddi hazırlaşmaq lazımdır”.

Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

“Neftçi”nin püşkatmanın nəticəsinə görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniya çempionu “Skenderbeu”ya rəqib olmasına münasibət bildirən təcrübəli mütəxəssis rəqibi yaxşı tanımağın vacib olduğunu bildirib: “Albaniyalı futbolçulardan legioner həyatı yaşayanlar çoxdur. Əsasən də MDB ölkələrində oynayırlar. “Neftçi” mütləq rəqibi hərtərəfli analiz etməlidir. İnformasiya toplamalıdır ki, bilsin kiminlə oynayır və necə oynayır. Çünki bu komandadan tamamilə bixəbərdir. “Neftçi” gücünə və təcrübəsinə görə bu mərhələni keçə bilər”.

A.Mircavadov Avroliqada mübarizə aparan klublarımızın rəqibləri haqqında da danışıb. O, Makedoniyanın “Metallurq” klubu ilə qarşılaşacaq “Qarabağ”ın işinin heç də asan olmayacağını qeyd edib: “Digər klublara nisbətən “Qarabağ”ın rəqibi daha güclüdür. Makedoniya futbol ölkəsidir. Ancaq onu da yaddan çıxarmayaq ki, “Qarabağ”ın böyük təcrübəsi var, iddialıdır. Məncə, çətin olsa da, “Qarabağ” bu mərhələni keçəcək.

“Xəzər Lənkəran” heç də əziyyət çəkməməlidir. Çünki Malta klubu “Slima Vanderers” elə də güclü deyil. Həm də “Xəzər Lənkəran” rəhbərliyi bu dəfə daha ciddi məqsədlər üçün çalışır və baş məşqçi Con Toşaka etimad göstərir. Bu da böyük amildir. Qalanlar oyunçuların hazırlığından asılıdır”.

“İnter”ə gəldikdə isə bu komandadan xeyli futbolçu getdi. Ancaq bu komandamızda iddialıdır. Məncə, rəqib İrlandiyanın “Mariehamn” klubu “İnter”dən güclü ola bilməz. İnanıram ki, bütün klublarımız birinci mərhələni keçəcək”.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?