"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu gecə Rusiya millisi ilə qarşılaşacaq Portuqaliya yığmasının baş məşqçisi Paulo Bentu maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran portuqaliyalı mütəxəssis bu matçın Moskvadakı görüşdən fərqli olacağını bildirib:
"Bu oyunu Moskvadakı görüşlə eyniləşdirmək olmaz. Bu gecə tamamilə fərqli oyun olacaq. Təbii ki, Kriştiano Ronaldonun da oyunundan çox şey asılıdır. Son günlər çox müzakirə olunmasına baxmayaraq, yenə də millinin və dünyanın ən yaxşı futbolçularından biridir".
Bentu sonda bir müxbirin "məlum olduğu kimi, Ronaldo rusiyalı maniken İrina Şeyklə eşq yaşayır. İ.Şeykin Ronaldoya Rusiya millisinin qapısına qol vurmağa qadağa qoymasından qorxmursunuz?" sualını belə cavablandırıb:
"Düzünü desəm, bu barədə heç düşünməmişəm. Siz çox maraqlı mövzuya toxundunuz. İndi nahar vaxtıdır. Nahardan sonra gedib bu barədə ondan soruşacağam. Həqiqətən də Ronaldodan soruşmaq lazımdır ki, İ.Şeyk ona Rusiyaya qol vurmaq qadağası qoymayıb".
Qeyd edək ki, Lissabonda keçiriləcək Portuqaliya - Rusiya matçı iyunun 7-də, Bakı vaxtı ilə saat 00:45-də başlayacaq.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”