İngiltərə “Arsenal”ı ilə müqaviləsi başa çatan rusiyalı futbolçu Andrey Arşavinə “Xəzər Lənkəran” ildə 20 milyon funt sterlinq ödəməyə hazırdır.
Qol.Az-ın məlumatına görə, bu iddia ilə “Eurosport” çıxış edib. Məlumatda qeyd olunub ki, bu, dünyanın transfer tarixinə düşəcək təkliflərdəndir.
Düzdür, 31 yaşlı hücumçuya hələlik rəsmi təklif ünvanlanmayıb. Amma keçid baş tutsa, Arşavin həftədə təqribən 400 min funt qazanacaq. Bununla da ulduz futbolçu Rusiya “Anji”sində forma geyinən və həftədə 330 min funt qazanan Samüel Eto O-nu geridə qoyacaq.
Qeyd edək ki, Andrey Arşavinlə İngiltərənin “Fulhem” klubu da maraqlanır.
“Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Andrey Arşavini transfer etmələrinə dair iddialara münasibət bildirib. Mənsimov Lent.az-a açıqlamasında bildirib ki, təkcə rusiyalı hücumçunun deyil, digər tanınmış futbolçuların da “ağ-yaşıl” formanı geyinməsini mümkün sayıb: “Bir klub prezidenti kimi Arşavinlə müqavilə bağlamadığımızı bəyan edirəm. Amma deyə bilmərəm ki, onun gələcəkdə komandamızda yer alma ehtimalı ümumiyyətlə yoxdur. Sabah nə desən ola bilər. Gələcəkdə təkcə Arşavin yox, dünyanın digər tanınmış futbolçularının da “Xəzər Lənkəran”a keçidi mümkündür. Amma hələlik belə bir şey yoxdur”.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi