Fariz Nəcəfov: "Yuri Syominə böyük ümid bəsləyirik"

Fariz Nəcəfov: "Yuri Syominə böyük ümid bəsləyirik"
GÜNDƏM 29 May 2013 / 21:45 1890
-  A +

Bu gün “Qəbələ”nin yeni baş məşqçisi Yuri Syominin təqdimat mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, tədbirdə ilk olaraq klubun vitse-prezidenti Fariz Nəcəfov çıxış edib.

Klub rəsmisi Yuri Syominə böyük ümid bəslədiklərini bildirib: “Qəbələ” o klublardandır ki, həmişə baş məşçiyə özünü sübut etmək üçün vaxt verir. Ancaq indiyədək istədiyimiz uğura nail ola biləcək baş məşçi ilə işləməmişik. Bu dəfə isə daha təcrübəli mütəxəssislə müqavilə imzaladıq. İnanırıq ki, Yuri Syomin bizim üçün daha uğurlu baş məşqçi olacaq və gələn mövsüm “Qəbələ”ni istədiyimiz pillələrdə görə biləcəyik”.

F.Nəcəfov Ramiz Məmmədovun istefasından sonra əvəzedici heyətdən komandanın başına gətirilən Luis Araqon haqqında da danışıb: “Luis Araqona müvəqqəti olaraq 8-9 oyun komandanı çalışdırmağı tapşırmışdıq və bildirmişdik ki, gələcəyin komandasını qurmaq üçün gənclərə üstünlük versin. Məncə, o, işinin öhdəsindən gələ bildi. Bu gün biz “Qəbələ”nin əsas heyətində Akademiyanın yetişdirdiyi Tərzin Cahangirovun inamlı çıxışlarının şahidi oluruq. Luis Araqon yenidən əvəzedi heyətin baş məşqçisi postuna qayıdacaq”.

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu