Qəmli bir hekayət (İKİNCİ YAZI)

Qəmli bir hekayət (İKİNCİ YAZI)
DÜNYA FUTBOLU 17 İyun 2009 / 12:46 4079
-  A +

SƏDAT BALKANLI (1965-2009 ) KİM İDİ

12 il amansız bir şəkildə mübarizə etdiyi ALS (Amiyotforik Lateral Skleroz) xəstəliyinə qalib gələ bilmədi. «Fənərbaxça», «Qalatasaray», «Bursaspor», Əskişəhirspor, Konyaspor və Türkiyə milli komandasının formalarını geymişdi. 1994-1995 sezonunda «Qalatasaray»da 8 qol vurmuşdu. Bu topların hamısını başıyla qapıya atmışdı. 12 il əvvəl sağlıq problemleri yaşamağa başlayan Balkanlının ABŞ-da aparılan müayinələr nəticəsində milyonda bir görünən ALS xəstəliyinə yaxalandığı ortaya çıxdı. Əvvəlcə danışığı, sonra yeriməsi, ardından da gözlərindən başqa bütün orqanları öz hərəkətini itirdi. Xüsusi nəfəs vermə cihazına bağlı yaşayan Sədat Balkanlı, həyat yoldaşı Şükran xanım ilə kağız üzərində əlifba yardımı ilə danışdı. Bir neçə müddət öncə uzun sürən acı bir xəstəliyə məğlub olub gözlərini yumdu.
Allah rəhmət eləsin!

***

Şükran Balkanlı - öncə ALS xəstəliyinə, sonra da xərcəngə düçar olan, keçmişdə həm «Fənərbaxça»da, son illərində «Qaltasaray»da oynamış rəhmətlik futbolçu Sedatın həyat yoldaşı. Mən onunla görüşəndə artıq 11-ci gün idi ki, bu əfsanəvi futbolçunu və əfsanəvi bir xəstəliyə tutulan insanı itirmişdi. Şükran Hanım 12 il!, düz 12 il! boyunca ərinə bir körpəyə necə baxırlarsa, eləcə də baxdı. Bu vaxt ərzində bir dəfə də olsun uf demədi, bütün acıları, bütün əlacsızlıqları içinə atdı, ümidsizliyə qapılmadı, dimdik durdu ayaqda, illər öncəsi onun içinə dolan eşqinə sahib çıxdı son ana qədər.
Belə bir vəfa, belə bir qadın hardan, ilahi,- deyə bir ağrı keçir insanın içindən. Hardan? Hardan? İstanbul kimi kosmopolit bir şəhərdə. Hardan? Şükran xanım yalnız öz həyat yoldaşı üçün deyil, əri kimi çətin xəstəliyə düçar olan əlacsızların da köməyinə qaçan bir İNSAN olaraq keçdi İNSANLIQ TARİXİNƏ. Biz onu belə tanıdıq.
Şükran xanım ərini itirəndən sonra onunla görüşəndə nələr çəkdiyini, bu itkinin on-on beş günündə nələr yaşadığını onun yorğun, son dərəcə üzücü sir-sifətindən, içinin sızıltısından hiss etmək olurdu. Bütün ümidini itirdikdən sonra, yenidən ümid ardınca qaçan bir qadın dayanmışdı qarşımda. Acıları verən Allahın onu sevdirmə gücünə bir daha heyran oldum. Şükran xanımın işıq saçan üzündə "DƏRDİM DƏRMANIMDIR" sözlərini oxuyurdum.

***

Sədat Balkanlının başının üstündə Ayetel Kuboku asılıb. Çat kapı gələn Başbakandan hədiyə.

***

NƏ SEVDALAR VARMIŞ...

- Sizi qısqanırdımı, bunu sizə deyirdimi?

Ş.B: Olurdu belə hallar. Onun bəyəndiyi geyimi geyirdim, məsələn. Bəzən bir-birimizə sataşırdıq. O zaman deyirdi ki, «qoy bir ayağa qalxım, səni boşayacam». «Boşa bə, qardaşım. Amma mən bu evdən çıxmaram, sən gedərsən» -deyirdim.

Hirslənəndə bunu büruzə verirdimi?

Ş.B: Üzümə baxmırdı, ürəyim düşürdü onda. Yataq otağımızı xüsusi olaraq onu düşünüb düzəltmişdim. Qarşısındakı çək-yatda (raskloduşka) yatırdım. Başqa otağa keçməyimi istəmirdi. Dişini qıcırdadır, bunu başa salmaq üçün və onu eşidim deyə. Ağlına bir şey gələndə, yazdırmaq istəyəndə də eynən bələ eləyirdi. «Sədat, yaxşılaşdığında yataq otağını da düşünəcəyik», - deyirdim ona. "Aman, 60-yaşından sonra yaxşılaşma, yaşlanmış olacayıq. Kimə lazımıq onda. Nə eləyəcəyik bir-birimizə. Amma heç yaşlanmırdı ki, yatdığı yerdə».

Bu xəstəlik onun kişiliyinə təsir eləmişdimi?

Ş.B: Bəli, müəyyən mənada təsir eləmişdi. Məsələn bəzən Sədata "Ay paşam, nə qədər çirkin bir şey, mən xəstə olsaydım sən bu vəziyyətdə məndən bir şeymi istərdin? - deyirdim. "Yox" deyirdi. "Mən başqa birisiylə gedəcəkdim."  «Məni səni düşünürəm» - deyirdi. "Aman bə, paşam," - deyirdim- məni düşünmə, mən istəmirəm, ağlıma belə gəlmir."

Psixoloji yardım aldığınız vaxtlar olurdumu?

Ş.B: Altı ayda bir gedirdim. Mümkün olduğu qədər xoş şeylər düşünürdüm. Çünki ona həmişə xoş bir enerji vermək lazımdı, amma bəzən elə olurdu ki, hirslənirdim Sədata. Gerçək olmayacaq arzuları nə qədər eləmək olar? Xəyal etdiyinin də tələsik nəticəsini görmək istəyirdi. Ailə böyükləri çağırılır, hesablar gəlir ortaya. Kim gedəcək bu işin ardınca? Məntiqli danışdığımız zaman, onu inandıra bilirdik və o da sakitləşirdi. Elə hey zəngin olmaq haqqında düşünürdü.

Ümidinizi itirdiyiniz oldumu?

Ş.B: Xeyr. Bir gün yataq otağının qapısını onun özünün açacağına inanırdım. «Olacaq, mütləq olacaq», - deyirdim.

Nəyin xiffətini çəkirsiniz?

Ş.B: Nərdivanlardan enərdi, bir neçə saat parfüm qoxusu keçməzdi. Sədat yaşamağı, əylənməyi çox sevərdi. Bizim evin yaxınlığında bir küçə var,o küçədən aşağıya son sürətlə gedərdi. O yoldan keçərkən elə Sədat yadımıza düşür. Bu xəstəliklə 11 il yaşayan bir xəstə yox Türkiyədə. İlk dönəmlərdə çox araşdırdıq. Çində bir şeymi var, «Həmən gedək», - deyirdik. Son dörd-beş ildə artıq aramaqdan, axtarmaqdan da bezdik. Allaha sığındıq.

Evdə reaminasiya ortamını, günlük həyat şərtlərini yaxşılaşdırmağı necə bacardınız.?

Ş.B: Sədat normal nəfəs ala bilmirdi. Təngənəfəs olurdu. Onun üçün iki nəfəs vermə cihazım vardı. Biri hamamda, biri yataq otağında. Üç adam olanda daha asanlıqla iş görə bilirdim. Kömək olurdu. Yatmaq üçün dərman verməliyik, məsələn. Tərpənməsi heç mümkün  deyildi. Gecələr beyni daha açıq olurdu. "Gündüzləri rahat keçirirəmsə, axşamlar da rahat oluram» - deyirdi. Axşamları öz fikirlərini yazdırmağı daha çox sevirdi. Mənə, baldızına, bacısına,qardaşına yazdırırdı. Sağ gözüylə daha çox söz deyə bilirdi. Sol gözü yorulmağa başladı. Mehmət Ali (Erbil) kimi rəngli-rəngli gözlükləri vardı. Onlara heyrandı. Əvvəllər  güldürməyi çox sevərdi bizləri. Başında nə qədər adam çox olsa, o bir o qədər xöşbəxt olurdu. Ən xırda xəstəlikdən də qorxurdu və «qrip olaram» - deyib özünü qoruyurdu. Gündə iki dəfə sinəsini təmizləyirdik. Əyər belə olmasa, nəfəs vermə cihazı da kömək eləmirdi. O zaman beyinə oksigen getmir. Ovqat əsas məsələydi. Sədatı xəstə görmürdük. Çünki beyni çox gözəl işləyirdi. Sədata məsləhət olmadan bu evdə heç bir iş görülməzdi.

Sədat xəstələnəndə neçə yaşındaydınız?

Ş.B: Mən 29 yaşındaydım, Sədat 31. Uşaqlarımızdan biri dörd, o  biri altı yaşındaydı. İndi universitetə hazırlanırlar... Allah belə bir xəstəlik verdi. Yaşlaşır insan. İlk sırada ərim, uşaqlarım, ailəm vardı. Ondan sonra o biriləri gəlirdi. Ərimin ailəsi mənim öz ailəmdir. Sonra dostlar, tanışlar.
***

QAPI DÖYÜLDÜ...QARŞIMIZDA BAŞBAKAN

Xəstəlik illərində kimlər dəyməyə gəldi?

Ş.B: Məsələn, evimizdə oturmuşuq və heç kimi də gözləmirik. Heç nədən xəbərimiz yoxdu. Qurban Bayramıdı. Qapı çalındı, qarşımızda başbakan Rəcəp Tayyip Ərdoğan. O qədər sevindi ki, day nə deyim. Qəzetçi-zad yoxdu. İçəriyə girdi, oturdu, çox gözəl söhbətlər edildi. İnanın, heç kimsəyə heç bir şey söyləmədən qəfil durub gəlmişdi. Tayyip Erdoğan bir ara həbsdə yatmışdı ha... o zaman Sədat xəstə ola-ola bir şikəst arabasında ona dəyməyə getmişdik. Başının üstündəki Ayət-el Kuboku Başbakandan hədiyyədi.

Nədən bu xəstəliyə tutuldu? Necə oldu?

Ş.B: Əvvəlcə danışığında kəsirlər yaranmağa başladı, sonra qollarına vurdu. ALS-nin çarəsi olmadığını söylədilər. Beyinində olan hüceyrələr ölməyə başlayır. Beyin impulsları yoxa çıxır. Hüceyrələr öldüyü üçün sinirlər kənar impulsları ala bilmir. Hiss eləyir, ağrını duyur. Amma hərəkət olmur. «Ən çox, iki ya da üç il yaşar!»-dedilər. Doktorlardan çarə olmayınca başqa yollara baş vurduq. Sonuc almadıq. ALS TÜRKİYƏNİN TİBB TARİXİNƏ SƏDAT BALKANLI XƏSTƏLİYİ OLARAQ KEÇDİ.

Allah acını verir, amma onu da sevindirmirmi arxasından?

Ş.B: Gerçəkdən sevindirir. Çünki onun xöşbəxt ola bilməsi üçün, onun həyata olan inamını artırmaq üçün, onun bizdən ayrılmaması üçün biz bacardığımız eləmək məcburiyyətindəyik. Yəni onunla yatıb, onula qalxmalıyıq. O da xəstəliyinə qalib gələ bilmək üçün, yaşamağa davam etməlidi.Və biz çox xöşbəxt yaşadıq.Bizə yardım edənlərin haqlarını ödəməyə ömrümüz çatmaz. «Fənərbaxça» idarəçiləri, Əziz Yıldırım bizə sahib çıxdı. Uşaqlarımın oxuma xərclərini onlar ödəyirlər. Oğlumun birini İnan Bəy oxudur. Başbakan, maddi-mənəvi tərəfdən bizim yanımızdaydı.

Sədat bəy  «Qalatasaray»lıydı son dönəmlərində. «Qalatasaray»la əlaqələriniz vardımı?

Ş.B: Heç olmadı. Sədatı Adnan Polat gətirdi Bursadan «Qalatasaray»a. Bilmirəm, vallah bü qədər vəfasızlıq olarmı? Bilmirəm nə düşünürdü Adnan Polat? 12 il, 12 il boyunca Sədatla heç maraqlanmadı.

Bu qədər uzun bir vaxtın acıları sizin şəxsiyyətinizə necə təsir elədi?

Ş.B: Çox müdrikləşdim. Heç nifrət hissi mənə yaxın durmadı. Əvvəllər bu adam xərçəng olmuş, yazıqlar ona, özü də çox gənc deyirdim. İndi daha başqa cür fikirləşirəm. Allah bunu verdisə deyirəm, mütləq bir bildiyi vardır. Mənim ona yazığımın gəlməsinin heç bir faydası olmaz. Əlimdən gələn bir şey varsa, demək onu eləməliyəm və bu da məni rahadladır.

İnsanın bir acıya bu qədər dözə biləcəyini bilirdizmi?

Ş.B: Əslində bilmirdim.Məni ziyarətə yolladı Sədat. Vəfatından bir gün öncə gəldim. Həqiqətən oralarda çox gözəl günlər yaşadım. Rəbbimə o qədər çox dua etdim ki, Sədat ayağa dursun, ən qısa zamanda öz keçmişinə qayıtsın. Sədat vəfat etdiyi gün dedim ki: «Rəbbim mən sənə dualar etdim. Mən onun sağalmasını belə istəmədim, bu çox uzun çəkdi, çox uzun çəkdi, dedim (ağlıyır). Mən onu yataqda qoyub getdim, amma düşünürdüm ki, dualarmıdan sonra o məni havaalanında qarşılayacaq. Çünki mən belə istəmirdim. Rəbbim onun dərmanın bu şəkildə verdi.

Nədən «paşam» deyirdiz ona?

Ş.B: Çünki yatağında elə yatırdı ki, biz hamımız onun başında fır-fırlanrdıq. Onun üçün PAŞAM deyirdim. O mənim KÖRPƏ PAŞAM idi. Mən onu böyüdəcəydim, yeriyəcəydi, dil açacaqdı.

Sizin dilinizdə yeni bir kəlmə meydana çıxdı: ərimdi, balam oldu.

Ş.B: Bəli. Həqiqətən belə oldu. Mən onu anam bilib sevirdim. Bu onun da xoşuna gəlirdi. Mən qapıdan içəri girərdim, o yerində yatardı. «Ana» - mən gəldim deyirdim. Mənçin darıxdınmı? Mənsiz necəsən, deyə soruşardım (ağlayır).

ÇOCUQLARI BUGÜNƏ HAZIRLAMIŞDIM. AMMA ÖZÜMÜ  HAZIRLAMAMIŞDIM

Son nəfəsində vidalaş bildinizmi?

Ş.B: Təbii ki. Yaddaşı azca da olsa açıqdı. Gözü açıqdı. Son səfərimdə yaşadığım hər şəyi Sədata anlatdım. «Lütfən», - dedim, nə olursun, bir an öncə yaxşılaş. Birlikdə gedərik ora. Mən danışdıqca o da ağlayırdı. Əlini, ayağını öpürdüm (dərin bir susqunluq). Mən onun sağalmasını belə istəmədim, bu çox uzun çəkdi,çox uzun çəkdi…(ağlayır). Mən onu yataqda qoyub getdim, amma düşünürdüm ki, dualarmıdan sonra o məni havaalanında qarşılayacaq. Çünki mən belə istəmirdim. Rəbbim onun dərmanın bu şəkildə verdi.

 

Türkcədən uyğulayanı: Tofiq ABDİN
[email protected]


 


Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi