Fatih Terim: "Nəticə nə olursa-olsun, komandamla qürur duyacağam"

Fatih Terim: "Nəticə nə olursa-olsun, komandamla qürur duyacağam"
DÜNYA FUTBOLU 12 Mart 2013 / 01:19 3429
-  A +

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının “Şalke” ilə  1/8 final mərhələsinin cavab oyunu öncəsi keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, komandasına güvəndiyini deyən baş məşqçi rəqib haqda da danışıb: “Şalke” getdikcə güclənir. İstanbuldakı 1:1-lik hesab rəqibin şanslarını artırır. Amma biz kifayət qədər təcrübəliyik. Belə nəticələrin ardından növbəti mərhələyə keçməyi bir neçə dəfə bacarmışıq.
Futbolçularıma güvənirəm. Yaxşı mübarizə aparacaqlarına əminəm. Ümid edirəm ki, bu dəfə toplarımız dirəyə dəyməyəcək ".

Baş məşqçi hədəflərindən də danışıb: "Əvvəlcə hədəfimiz 16 komanda arasına düşmək idi. Ancaq hədəflər bitmir. İndi daha yaxşı yerlər haqda düşünürük. Təbii ki, çətin olacaq. “Şalke” Avropanın ən yaxşı komandalarından biridir”.
 

neyder və Droqbadan da danışan Terim bunları qeyd edib:  “Sneyder və Droqba komandamıza sonradan qoşulublar. Onları çox yükləmək düzgün deyil. Sneyder bizim üçün əhəmiyyətli oyunçudur. Sabahkı (bugünkü - red.) oyunda forma geyinəcək.  Nəticə nə olursa-olsun, mən komandamla qürur duyacağam”.

Son xəbərlər