Azərbaycan milli komandasının dünən Türkiyəyə qarşı keçirdiyi oyunda diqqəti komandamızın bərbad oyunu ilə yanaşı, meydana «milliləşdirilmiş» adıyla buraxılan futbolçuların çoxluğu da çəkdi. Düz beş QEYRİ-AZƏRBAYCANLI futbolçu - Qomeş, Levin, Çertoqanov, Subaşiç və Pereyra dünən növbəti dəfə Azərbaycan komandasının heyətində meydana çıxdı. Futbolumuzun gənc istedadları - AZƏRBAYCANLI Vüqar Nadirov, Tural Cəlilova… isə YOLDAŞLIQ GÖRÜŞÜNDƏ özlərini göstərmək üçün bir dəqiqə belə şans verilmədi.
Əslində söhbət heç də Vüqarla Turalın oyuna buraxılmasından getmir. Baş məşqçi Berti Foqts onlara və digər azərbaycanlı futbolçulara etimad göstərərək milliyə çağırır, meydana buraxır. Söhbət milli komandaya əcnəbiləri cəlb etməklə «İnter»də Azərbaycan futbolçularına az qala qənim kəsilən Valentin Xodokinin siyasətinin başqa bir formada, amma bir qədər yumşaq şəkildə milli komandada davam etdirilməsindən gedir.
Dünən Türkiyədə bu oyunu izləyən və Azərbaycan komandasına yaxından bələd olmayan bəzi azərbaycanlılar və türk qardaşlarımız heyrət içində olublar. «Bir komandada bu qədər əcnəbimi olar» - deyə təəccüblərini gizlədə bilməyiblər. Hətta millidəki legionerlərin çoxluğunu türkiyəli jurnalistlər belə qabardıblar.
Türkiyəyə qarşı, eləcə də bundan əvvəlki qarşılaşmalarda meydanda olan AZƏRBAYCANLILAR bu komanda üçün hamıdan, legionerdən də, birləşərək milli komandada uğursuz siyasət aparan Berti Foqts-Elxan Məmmədov cütlüyündən də çox can yandırırlar. Uduzmaq ayrı şeydi, amma fakt budur ki, öz futbolçumuz meydanda Azərbaycan adına bacardığını gücü çatdığı qədər etməyə çalışır. Dünənki oyuna baxın - meydanda Azərbaycan komandasından daha çox kim yadda qaldı? LEGİONER yığınımı, yoxsa AZƏRBAYCANLI Rəşad Sadıqovla Fərhad Vəliyevmi?
Bu komandada oynayan legionerlərin toplusu Rəşadın, Fərhadın milli komanda və bütövlükdə Azərbaycan futbolu üçün etdiklərinin bir faizini də edə bilməyiblər… Niyə 10 dəfə Azərbaycan çempionu olmuş və haqlı olaraq futbolumuzun «professoru» adını qazanmış AZƏRBAYCANLI Mahmud Qurbanov «yaşlısan» deyə milliyə çağırılmır, ondan cəmi bir yaş kiçik olan QEYRİ-AZƏRBAYCANLI Sokolovun adı isə məmnuniyyətlə milliyə dəvət edilən futbolçuların siyahısına salınır? «Xəzər-Lənkəran»da, «Qarabağ»da və axtarsan, digər klublarda neçə-neçə gənc və istedadlı azərbaycanlı futbolçular var, amma əsas milli komandaya dəvət almırlar, komanda üçün prinsipcə böyük bir faydası dəyməyən əcnəbilər hər oyunda meydana çıxırlar… Niyə, cənab Foqts? Bəlkə siz bu suala cavab verəsiniz, hörmətli Elxan Məmmədov?
Çox uzağa getməyin, dünən bizimlə oynayan Türkiyə komandasına dəvət edilən futbolçuların siyahısına baxın. O komandada bir nəfər də olsun əcnəbi yoxuydu, hamısı TÜRKüydu. Kolin Kazım da ana tərəfdən TÜRKDÜR.
İnsan öz sahəsində peşəkarlığını artırmalıdır, amma mənəvi dəyərlərini itirməməlidir. Azərbaycan milli komandası hətta 20:0 uduzsa belə, bu vətənin, bu millətin dəyəri olaraq qalacaq. Kim nə deyirsə desin. Əgər o komanda xaricdə himnimizi səsləndirirsə, o komandaya görə bayrağımız qalxırsa, deməli, o bizim dəyərimizdir.
Klublarımızda dəridən- qabıqdan çıxan AZƏRBAYCANLI futbolçular da, pis-yaxşı bizim futbolumuzun dəyərləridir. O dəyərləri niyə tapdayırsınız cənab Foqts-Məmmədov cütlüyü? Azərbaycanın şərəfini qorumağı PULA görə bu ölkəyə gələnlərə niyə həvalə edirsiniz? Bəs, harda qaldı bizim mənəvi ölçülərimiz? Bu sual artıq birbaşa sizə ünvanlanıb, cənab Elxan Məmmədov, damarında azərbaycanlı qanı axan Elxan Məmmədov…
Dünən Türkiyədə yaşayan azərbaycanlı dostumuz, vətənpərvər bir dostumuz, Azərbaycan üçün, hətta onun futbolu üçün Elxan Məmmədovdan az iş görməyən bir dostumuz belə bir ismarıc göndərdi: «Qomeş, Levin, Çertoqanov, Subaşiç və Pereyranın oynadığı komanda sənə lazımdı?»
Sonra bir türkiyəli tanışımdan bir sms gəldi. Olduğu kimi yazıram: «Sizin takım Azərbaycanın, yoxsa Rusya, ya Brezilyanınmı?»
Elxan bəy, Foqts azərbaycanlı olmadığına görə mən də bu sualı birbaşa sizə ünvanlayıram: bizim komanda kimindir - sizin, yoxsa Azərbaycanın?
Aydın BAĞIROV
[email protected]
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi
"Zirə"nin qış hazırlıq planı bilindi
Səbuhi Abdullazadə: "Xal qazanmaq üçün əzmkarlıq çatmadı"
Kapitan 100-ü yarıladı
Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu
FİFA qadağanı ləğv etdi
Azərbaycan millisinin formaları satışda - Şəkillər
"Milan" Divok Origi ilə yolları ayırdı
“Sabah”dan ilk: 10-cu qış çempionu
185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
“Sumqayıt” hamını qabaqladı
Neymar əməliyyat olundu
"Napoli" Superkuboku belə qazandı - Video
“Atletik” öz meydanında uduzdu
Salah Misirə qələbə qazandırdı
İtaliya Superkubokunun qalibi müəyyənləşdi
“Traktor”dan ardıcıl dördüncü qələbə - ÇL
Türkiyə Superliqasında 2 oyunda 13 qol
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər