“Sabah səhər İtaliyaya yola düşürük. “İnter”lə görüş bizim üçün çox vacibdir. Mən belə fikirləşirəm ki, ordan ən azı heç-heçə ilə qayıdacağıq. Çalışacağıq ki, uğurla başladığımız bu turniri yaxşı notlarla başa vuraq”. Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev dekabrın 6-da İtaliyada“İnter”ə qarşı keçiriləcək oyun haqda danışarkən bildirib.
O qeyd edib ki, görüş ərəfəsində komandalarında bəzi futbolçuların zədəsi var: “Təəssüf ki, bir neçə futbolçumuz zədəlidir. Bugünkü məşqimizdə İqor Mitreski və Flavinyo iştirak etmədi. Buna baxmayaraq, sabah onlar bizimlə birgə Milana uçurlar. Həkimlər çalışır ki, dekabrın 6-dakı oyuna onları hazırlaya bilsinlər”.
B.Hacıyev uzun müddət zədəli olan özbəkistanlı hücumçuları Bahadır Nasimovun “İnter”lə oyunda iştirak edəcəyi haqda məlumatlara toxunub: “Bahadırın meydana qayıtmağına hələ təxminən iyirmi gün var”.
O, millimizin baş məşqçisi Berti Foqtsun “Neftçi” və “Qarabağ” Azərbaycanın ən güclü komandaları olsa da, Premyer Liqada bir-birilərinə qarşı keçirdikləri son matçda cəmi 30-35 dəqiqə yaxşı oyun nümayiş etdirdilər” fikrinə də münasibət bildirib.
“Bu, Foqtsun fikridir. O, gedib öz komandasının dərdini çəksin. Biz 30-35 dəqiqə oynayırıqsa, onun komandası heç 10 dəqiqə də yaxşı oynamır. Komandası gəlsin, “Neftçi” ilə oynasın, görək hansı daha güclüdür” – deyə B.Hacıyev bildirib.
Ramiq AĞAMƏMMƏDOV
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video