Ötən həftə portuqaliyalı mütəxəssis Joze Mourinyo UEFA Çempionlar Liqasında baş məşqçi kimi yüzüncü matçını keçirdi. Onun rəhbərik etdiyi “Real” səfərdə “Mançester Siti”ylə bərabərə qalaraq 1/8 finala vəsiqə qazandı.
Mourinyo Karlo Ançelotti, Aleks Fürgüsson və Arsen Vengerdən sonra ÇL-də yüz matçda iştirak edən dördüncü məşqçi oldub.
Qol.Az-ın məlumatına görə, bununla əlaqədar UEFA-nın rəsmi saytı Mourinyonun rəhbərlik etdiyi komandaların iştirakı ilə yaddaqalan ən mühüm beş matçı yada salıb.
"Mançester Yunayted" - "Portu" - 1:1
ÇL-2003/04, 1/8 final, cavab oyunu
Qrupda uğurla çıxış etməsinə baxmayaraq, “Portu” “MY” ilə oyunda bütün hallarda autsayder sayılırdı. Səfərdəki ilk görüşdə Fergüssonun komandası hesabı açsa da, Benni Makkarti dubl edərək komandasına qələbə qazandırdı – 2:1. “Old Trafford”dakı təkrar oyunda meydan sahibləri növbəti mərhələyə çıxmağa yaxın idi. “MY” 1:0 hesabı ilə irəlidə olsa da, Koştinyonun görüşün sonuncu dəqiqəsində vurduğu qol “Portu”ya bərabərlik, ümumi nəticədə isə 3:2 hesablı qələbə gətirdi. Bu zaman Mourinyo özünəməxsus şəkildə əllərini göyə qaldıraraq qaçmağa başladı. Avropa o zaman yeni böyük bir məşqçinin ulduzunun parlamasına şahid oldu.
"Portu" - "Monako" - 3:0
ÇL 2003/04, final
UEFA kubokundakı qələbədən sonra “Portu” Avropanı yenə təəccübləndirdi: komanda 1987-ci ildən sonra Çempionlar Liqasının qalibi oldu.
Qrupda “Deportivo”nu 8:3 hesabı ilə məğlub edən “Monako” “Portu”ya layiqli müqavimət göstərəcəyinə inanırdı. Amma onlar gözlənilmədən böyükhesabla uduzdular: Karlos Alberto, Deku və Dmirti Aleniçev komandalarına 3:0 hesablı qələbə qazandırdılar. Bu oyundan cəmi üç gün sonra Mourinyo İngiltərə Premyer Liqasını fəth etməyə yollandı.
“Çelsi” – “Barselona” - 4:2
ÇL-2005/06, 1/8 final, cavab oyunu
İlk oyunda 1:2 hesabı ilə uduzan London təmsilçisi belə vəziyyətlərdən çıxış yolunu necə tapmağın yollarını hamıya göstərdi. Onlar nəinki özlərinə inam nümayiş etdirdilər, həm də yeni baş məşqçinin gətirdiyi mübariz ruhu ortaya qoydular. İlk 20 dəqiqədə Eydur Qudyonsen, Frenk Lempard və Damyen Daffın qollarından sonra “Barsa” noqdauna düşdü. Bununla belə, Mourinyo yenə nəsə etməli idi. Çünki “Barsa” iki qol vursaydı, ümumi nəticədə hesabı bərabərləşdirəcəkdi. Yekun nəticədə “Çelsi” ümumi nəticədə 5:4 hesabı ilə qalib gəldi. Oyunun qəhramanı isə matçın bitməsinə 14 dəqiqə qalmış güncdən zərbədən ötürülən topu başla qapıdan keçirən Con Terri oldu.
“Barselona” – “İnter” - 1:0
ÇL, 2009/10, yarımfinal, cavab oyunu
“İnter” Mourinyoya qədər hələ heç vaxt “Barselona”ya qol vura bilməmişdi. Amma "San-Siro”dakı ilk matçda bu ənənəyə son qoyuldu - 3:1. Cavab oyununda “İnter” müdafiədən oynadı, Tyaqqo Mottanın 28-ci dəqiqədə qırmızı vərəqə alıb meydandan qovulmasına baxmayaraq, işinin öhdəsindən gəldi. “Barselona” yalnız bir qol vura bildi. Qolun müəllifi 84-cü dəqiqədə fərqlənən Jerar Pike oldu.
"Mənim komandam – qəhramanlar komandasıdır. Bu gün meydanda onların qanı töküldü. Mən artıq bir dəfə Çempionlar Liqasını udmuşam. Amma bu uğur daha möhtəşəmdir. Çünki son ana qədər növbəti mərhələyə çıxacağımıza əmin deyildim” – deyə Mourinyo “Barsa” ilə oyondan sonra bildirib.
“İnter” – “Bavariya” - 2:0
ÇL 2009/10, final
Portuqaliyalı mütəxəssisin “İnter” romanı Çempionlar Liqasındakı triumfu ilə yekunlaşdı. "Neradzurri” Avropanın ən mötəbər klub yarışının kubokunu 45 ildən sonra qazanmağı bacardı, həmçinin həmin mövsüm İtaliya çempionatının və kubokunun qalibi oldu. "Bavariya” final oyununa yaxşı başlasa da, Diyeqo Militonun qolları “İnter”ə qələbə gətirdi. Milanlılar tarixində üçüncü dəfə Avropa ölkələri çempionlarının yarışında birinci yeri tutdu, Mourinyo isə Ottmar Hitsfeld və Ernst Happeldən sonra bu mükafatı iki komandada qazanmağı bacaran ikinci məşqçi oldu. “İnter”dəki triumfu Mourinyonun yüksək ustalığını bir daha sübüt etdi.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video