"Fənərbaxça"nın hədəfi bəlli oldu

"Fənərbaxça"nın hədəfi bəlli oldu
DÜNYA FUTBOLU 22 Noyabr 2012 / 11:28 3128
-  A +

“Fənərbaxça” klubunun baş məşqçisi Aykut Kocaman UEFA Avropa Liqasında bu gün qarşılaşacaqları “Marsel”lə oyunqabağı mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, Kocaman bugünkü matçda hədəflərinin rəqibdən xal alaraq qrupu lider kimi tamamlamaq olduğunu deyib:

“Marsel”lə Türkiyədəki ilk oyun çətin idi. Çünki ölkə çempionatında vəziyyətimizi yaxşı saymaq olmazdı və bu istər-istəməz bizə problem yaradırdı. İndi isə tam oturuşmuş komanda olaraq “Marsel”in önünə çıxacağıq. Öz meydanında oynamağı rəqibin üstünlüyüdür".

Baş məşqçi “Fənərbaxça”nın builki heyətinin çox güclü olduğunu vurğulayıb. Onun sözlərinə görə, komandası bəzi çətinlikləri dəf edə bilsə, daha da yüksək pillələrdə qərarlaşacaq.

Son xəbərlər