«Qarabağ»ın sabiq oyunçusu Ukraynanın ən yaxşı futbolçusu oldu

XƏBƏR 4 Dekabr 2008 / 12:41 3391
-  A +

Bir vaxtlar Ağdamın «Qarabağ» klubunun şərəfini qorumuş Sergey Kravçenko noyabrda Ukrayna çempionatının ən yaxşı futbolçusu sayılıb. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, «Komanda» qəzetinin keçirdiyi ənənəvi sorğuda «Vorskla»nın yarımmüdafiəçisi «Şaxtyor»un qapıçısı Andrey Pyatov və «Metallist»in üzvü Edmarı qabaqlayıb. Xatırladaq ki, «Qarabağ»da İqor Ponomaryovun dönəmində çıxış etmiş Kravçenkoya millimizin şərəfini qorumuq təklifi də edilmişdi. Ancaq o, bunu qəbul etməyərək, Ukraynaya yollanmağa üstünlük vermişdi. Kravçenko ikinci dövrədən Kiyev «Dinamo»sunun formasını geyəcək. Ukrayna yığmasının baş məşqçisi Aleksey Mixayliçenko yarımmüdafiəçini milli komandaya da dəvət edir.


Son xəbərlər