Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlos FİFA-nın rəsmi saytına müsahibə verib.
- Hazırda hər kəs "Qızıl top" mükafatını kimin qazanacağı haqda danışır. Sizcə, bu mükafatı bu il kim qazanacaq?
- Açığı, hər kəs bu mükafatı Lionel Messinin qazanacağını düşünür. Məncə, artıq onun bu mükafatı qazanması kifayətdir. Messinin titul kabinetində bundan artığı ola bilməz. Mən Kriştiano Ronaldoya səs verirəm. O, qələbə qazanmaq üçün müxtəlif yollara əl atır, çətin vəziyyətlərdən üzüağ çıxır. Ronaldo yenidən bu mükafatı qazanmağa layiqdir.
- Qaliblər haqda danışarkən çoxları dövrünün ən yaxşı müdafiəçilərindən olan sizin də bu mükafatı qazanmağa layiq olduğunuzu deyir. Bu fikirlə razısınız?
- 2002-ci il mundialına qayıtsaq, həmin vaxt mən Ronaldo ilə üz-üzə qalmışdım. Ancaq Ronaldo o mükafatı məndən oğurladı (gülür). Halbuki, azarkeşlər bu mükafata məni layiq görürdülər (yenidən gülür). Zarafat bir yana qalsın. Düşünürəm ki, həqiqətən də 6-7 il ərzində öz mövqeyimdə ən yaxşı futbolçulardan biri idim və mən bununla fəxr edirəm. Sadəcə, həmin vaxt daha çox yarımmüdafiəçilər və hücumçular diqqət mərkəzində olduğundan mənim bu mükafatı qazanmağım absurd idi.
- Artıq məşqçilik karyerasına başlamısınız. Bir gün "ilin ən yaxşı baş məşqçisi" adını qazanacağınıza inanırsınız?
- Siz belə düşünürsünüz? Ən azından bu sahədə ilk addımımı atmalıydım. Ən yaxşı baş məşqçi olmaq haqda düşünməzdən əvvəl isə uzun yol qət etməliyəm.
- Sizcə, bu dəfə "ilin məşqçisi" kim olacaq?
- Pep Qvardiolanın "Barselona"nı tərk etməsindən sonra bu mükafatı Joze Mourinyonun qazanacağını düşünürəm. "Real" kimi bir komandanı çalışdırmaq asan iş deyil. Mən "Real"da çıxış etdiyim vaxtlarda komandanı Fabio Kapello çalışdırırdı. O da Madrid klubunda yaxşı işlərlə yadda qalmışdı. Ancaq Mourinyonun son nəticələrinə nəzərə yetirsək, onun çətin vəziyyətlərdən necə çıxmaq lazım olduğunu yaxşı bildiyini görərik. Bu səbəbdən də bu mövsüm Mourinyonun "ilin ən yaxşı məşqçisi" seçiləcəyinə inanıram.
- O zaman bu ilin rəmzi yığmasına daxil etdiyin futbolçuların adlarını öyrənək...
- Yaxşı. Qapıçı: İker Kasilyas ("Real", Madrid), Müdafiəçilər: Daniel Alveş ("Barselona"), Tiaqo Silva (PSJ), David Luiz ("Çelsi") və Marselo ("Real", Madrid), Yarımmüdafiəçilər: Xavi ("Barselona"), Xavi Alonso ("Real", Madrid), Frənk Riberi ("Bavariya"), Robin Van Persi ("Arsenal"), Hücumçular: Neymar ("Santos"), Lionel Messi ("Barselona") və Kriştiano Ronaldo ("Real", Madrid).
- Amma burada 12 futbolçu oldu...
- Bəli. Doğru deyirsiniz. Gəlin bir qədər geri qayıdaq. O zaman mən Xavi Alonsonu ehtiyat skamyada saxlayım. "Real"dan ən çox Ronaldoya ehtiyacım var. Mən hələ Andres İniyestanı da unutmuşam. Belədə David Luizi də qurbam verim, qalsın 3 müdafiəçi. Onsuz da "Barselona" 3 müdafiəçi ilə çıxış edir. Mən niyə oynamayım? (gülür).
- Yekun "11"liyiniz belə oldu? Qapıçı: İker Kasilyas ("Real", Madrid), Müdafiəçilər: Daniel Alveş ("Barselona"), Tiaqo Silva (PSJ) və Marselo ("Real", Madrid), Yarımmüdafiəçilər: Xavi ("Barselona"), Xavi Alonso ("Real", Madrid), Frənk Riberi ("Bavariya"), Robin Van Persi ("Arsenal") və Andres İniyesta ("Barselona"), Hücumçular: Neymar ("Santos"), Lionel Messi ("Barselona") və Kriştiano Ronaldo ("Real", Madrid).
- Bəli. Dediyiniz kimi.
- Roberto Karlos bu komandanın baş məşqçisi olarsa, ondan hücum futbolu gözləmək olarmı?
- (Gülür) Siz mənə belə komanda verin, sonra hücum futbolu oynayacağımla bağlı bəhs edərsiniz.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir