Yunis Hüseynov "Xəzər Lənkəran"dan getdi

Yunis Hüseynov "Xəzər Lənkəran"dan getdi
ÖLKƏ FUTBOLU 31 Oktyabr 2012 / 23:54 4286
-  A +

Bu gün "Xəzər Lənkəran"ın "Sumqayıt"la ölkə çempionatı oyunundan sonra komandanın rəhbərliyi və baş məşqçi Yunis Hüseynovun iştirakı ilə iclas keçirilib.

Qol.Az-ın məlumatına görə, toplantıda cari mövsüm çempionatının ilk dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə olunub. İclasın yekununda "Xəzər Lənkəran" Futbol Klubu və Yunis Hüseynov qarşılıqlı surətdə yollarını ayırmaq qərarına gəliblər.

Klub rəhbərliyi Yunis Hüseynova məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb. Həmçinin qərara alınıb ki, yeni baş məşqçi təyin olunana qədər futbolçuların hazırlığı müvəqqəti olaraq baş məşqçinin köməkçiləri - intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilsin.

Daha çox


Son xəbərlər