Əmrah Çəlikəl: "Bu nəticə bizi qane edə bilməz"

Əmrah Çəlikəl: "Bu nəticə bizi qane edə bilməz"
ÖLKƏ FUTBOLU 31 Oktyabr 2012 / 18:52 2735
-  A +

"Meydanda olan futbolçulardan da göründüyü kimi baş məşqçi daha çox gənc oyunçulara üstünlük vermişdi. Bu addım əsas oyunçularımızın zədəsiylə bağlı idi. Zədə sarıdan hazırda çox əziyyət çəkirik. “Qəbələ" ilə görüşdə təcrübəsiz futbolçular oynayırdı. Bu baş məşqçinin seçimidir.  Biz də sona qədər onun seçimlərinə hörmətlə yanaşaraq dəstəkləyəcəyik".

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl “Qəbələ” ilə oyundan sonra deyib.

Həmin futbolçular barəsində hansısa ölçü götürülüb-götürülməyəcəyinə münasibət bildirən Ə.Çəlikəl bu barədə belə danışıb: "Əlbəttə, futbolçularımız fikirləşməlidirlər ki, qarşımıza çox yüksək hədəflər qoymuşuq. Ona görə də, bu nəticə bizi qane edə bilməz. Hazırki  durum bizi də çox narahat edir. Baxmayaraq ki, məğlubiyyətdə zədəylə bağlı problemlər də əsas rol oynayırdı. Futbolçularla bağlı hansısa tədbirin görülməsi isə baş məşqçinin qərarından asılı olacaq. Biz də bunu öz daxildə yoluna qoyacağıq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində öz meydanında "Qəbələ"ni qəbul edən "Qarabağ" rəqibinə 1:2 hesabı ilə uduzub.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər