Millimiz Polşaya uduzub qrupda qaldı (YENİLƏNİB)

Millimiz Polşaya uduzub qrupda qaldı (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2012 / 19:46 3774
-  A +

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, komandamızın rəqibi Polşa komandası olub.

Xatırladaq ki, millimiz ilk görüşündə İspaniyaya 0:2 hesabı ilə uduzmuşdu. Qrupun digər oyununda Polşa Bolqarıstana 2:1 hesabı ilə qalib gəlmişdi. 

Qeyd edək ki, millimiz növbəti mərhələyə çıxmaq üçün polşalılarla oyunda mütləq qalib gəlməli idi. Amma komandamız 0:1 hesabı ilə uduzub. Beləliklə, qrupun Bolqarıstana qarşı keçiriləcək son matçının nəticəsindən asılı olmayaraq komandamız qrupda qalıb. Polşalılar isə növbəti mərhələyə adlayıb.

Qrupun digər matçı - İspaniya - Bolqarıstan qarşılaşması saat 20.00-da başlanacaq.

18.00. Azərbaycan - Polşa - 0:1
Qol:
Stolyarski, 41

 

Daha çox


Son xəbərlər