Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olan “Partizan” da daxil olmaqla Serbiya klubları və milli komandaları UEFA və FİFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, buna Serbiya və İngiltərənin U-21 milli komandaları arasında ötən həftə keçirilən görüşdə yaşanan olaylar səbəb olub. Məsələ burasındadır ki, ingilislərin 1:0 hesabı ilə qalib gəldiyi həmin görüşdən sonra serblər “Avro-2013”ün final mərhələsində oynamaq hüququnu itirib. Görüşdə türkiyəli hakim Hüseyn Göcək hər iki komandanın doqquz futbolçuna sarı vərəqə göstərib, matçın sonlarında isə serblərin iki oyunçusu qırmızı vərəqə alıb. Oyunun uzatma dəqiqələrində ingilislər bir qol vuraraq qalib gəliblər. Bundan sonra meydanda ingilis və serb futbolçuları, həmçinin onların baş məşqçiləri arasında əlbəyaxa dava düşüb. Azarkeşlər meydançaya axışdan sonra insident daha da böyüyüb.
Hadisəyə hətta Böyük Britaniyanın baş naziri Devid Kemeron da münasibət bildirib. O, UEFA-nı Serbiya Futbol Federasiyasına təkcə maddi cəza yox, daha ciddi sanksiyalar tətbiq etməyə çağırıb. Qeyd edib ki, matç zamanı serb azarkeşlər tərəfindən ingilislərin ünvanına irqçi şüarlar da səsləndirilib.
Qeyd edək ki, artıq UEFA serb azarkeşlərin oyunun gedişatı və oyundan sonra meydançaya daxil olması ilə əlaqədar iş açıb. Bundan başqa, ingiltərəli futbolçuların yolverilməz hərəkəti də araşdırılacaq. Qitənin futbol qurumu hər iki ölkənin futbol federasiyasına məsələ ilə əlaqədar 2012-ci ilin noyabrın 22-nə qədər hesabat hazırlamağı tələb edib. Bundan sonra baş verən hadisələrlə əlaqədar yekun qərar veriləcək.
Serbiya Futbol Federasiyasının prezidenti Tomislav Karadjiç bildirib ki, onlar baş verənlərdən təəssüflənirlər: “Mən bu hadisəyə görə futbol ictimaiyyətimizdən və ingiltərəli qonaqlarımızdan üzr istəyirəm. Amma qeyd etmək istərdik ki, bu hadisədə təkcə bizim günahımız olmayıb. Serblər heç vaxt irqçi olmayıb və olmayacaqlar da”.
Qeyd edək ki, adətən, bu kimi olaylara UEFA-nın münasibəti çox sərt olur. Təsadüfi deyil ki, ən son bu ilin avqustunda Yunanıstanın PAOK klubu Avropa Liqasında Avtsriya “Rapid”inə qarşı görüşdə azarkeşlərinin meydançaya axışması səbəbindən şərti olaraq bir il müddətinə qitə miqyaslı yarışlardan uzaqlaşdırılıb. Əgər yaxın üç ildə analoji hal təkrarlanarsa, PAOK-la bağlı cəza rəsmən qüvvəyə minəcək.
Serbiya – İngiltərə U-21 komandalarının oyununda insidentin daha ağır olmasını nəzərə alsaq, o zaman ilin sonuna qədər UEFA Serbiya Futbol Federasiyasına ağır cəza verəcəyi istisna olunmur. Bu halda Serbiya klubları və milli komandaları beynəlxalq yarışlardan kənarlaşdırılacaq.
Yeri gəlmişkən, hazırda dünya futbolunda söz sahiblərindən olan ingilislər serblərə sərt cəza verilməsinə çalışırlar.
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı