“Bakı”nın və milli komandamızın müdafiəçisi Saşa Yunusoğlu Qol.Az-a müsahibə verib.
- “Bakı”nın heyətində ölkə çempionu oldun. İlk növbədə bu haqda fikirlərini bildirərdin.
- Nə deyə bilərəm? Çox şadam. Sevincimin həddi-hüdudu yoxdur. “Bakı” ilə ölkə çempionu olmaq çox qürurvericidir. Fikrimcə, biz bu çempionluğa layiq idik. Çünki “Bakı” bu gün Azərbaycanın ən güclü komandasıdır.
- Komanda yoldaşlarından başqa ilk olaraq, səni kim təbrik etdi?
- Atam, Yunis Məmmədov. İnanın ki, o “Bakı”nın çempionluğuna bəlkə də məndən çox sevinirdi.
- Gələcək karyeran barədə nə düşünürsən?
- Karyeramı “Bakı”da davam etdirəcəyəm. İndi bütün diqqətimi bu komandadakı çıxışıma yönəltmişəm.
- “Bakı”ya keçərkən demişdin ki, mövsüm başa çatdıqdan sonra təklif gələcəyi halda, yenidən Avropaya yollanacaqsan...
- Düzdür, demişdim. Amma indi “Bakı”da qalmaq istəyirəm.
- Bunun səbəbi nədir?
- Mən “Bakı”yla demək olar ki, ömürlük müqavilə imzalamışam. Çünki “Bakı”da yalnız ölkə çempionluğu ilə kifayətlənmək fikrində deyiləm. İndi artıq komandamla birgə Avropada uğur qazanmaq istəyirəm. Çox istərdim ki, Çempionlar Liqasında da uğurla çıxış edəcək. İnanıram ki, belə də olacaq. Eyni zamanda “Bakı”yla “Birlik Kuboku”nu qazanmaq, həmçinin növbəti mövsümdə “qızıl dubl” etmək arzusundayam.
- Ümumiyyətlə, xarici klublardan təklif var?
- Sözün açığı, bununla heç maraqlanmıram da.
- Yaxşı təklif gələcəyi halda necə, yenə də “Bakı”da qalacaqsan?
- Hə. Bir daha deyirəm ki, indi bütün diqqətimi “Bakı”ya yönəltmişəm. Bu komanda ilə birgə Çempionalr Liqasında çıxış etmək və Avropanın ən nüfuzlu klub turnirində uğur qazanmaq istəyirəm.
- Çempionlar Liqasından söz düşmüşkən, “Bakı”nın bu yarışdakı potensial rəqiblərinin adları demək olar ki, məlumdur. Hansı komanda ilə qarşılaşmaq istərdin?
- Yəqin ki, Polşa çempionu ilə. Amma onlar çox güclü rəqibdirlər. Bununla belə, mən məhz polşalılarla qarşılaşmaq istərdim. Fikrimcə, onlara qarşı mübarizə aparmaq maraqlı olardı. Belə də ki, rəqibin fərqi yoxdur. Onsuz da mümkün rəqiblərimizin demək olar ki, heç birini yaxından tanımıram. Ona görə də dəqiqliyi ilə deyə bilmərəm ki, hansı güclüdür, hansı zəif.
- Bir az da milli komanda haqda danışaq. Qarşıda millimiz ciddi sınaq gözləyir. Ardıcıl 3 ağır oyun keçirəcəyik. Bu matçlardan sənin üçün hansı daha önəmlidir?
- Şəxsən öz fikrimi deyə bilərəm ki, mənim üçün ən vacib və ən maraqlı oyun Uelslə matçdır. Ən azı ona görə ki, digər iki qarşılaşmadan fərqli olaraq, bu matç rəsmi oyundur. Amma çox təəssüf ki, mən bu oyunda iştirak edə bilməyəcəyəm. Halbuki bu maçtda forma geyməyi çox istərdim.
- Bəs Avropa çempionatının qızıl və bürünc mükafatçıları ilə oyunlar haqda nə düşünürsən?
- Bu matçların hər ikisi maraqlı olacaq. Türkiyəylə matç məhz Uelslə oyuna hesablanıb. O ki qaldı ispanlarla görüşə, həqiqətən də bu matç çox maraqlı olacaq. Çünki Avropa çempionuna qarşı oynamağı hamı arzulayır. İnanıram ki, millimiz təkcə ispanlarla sınaqdan deyil, eləcə də digər iki matçdan da alnıaçıq çıxa biləcək.
- Sirr deyil ki, İspaniya millisinin heyətində Torres, Vilya, Havi, İnyesta kimi dünya səviyyəli ulduzlar çıxış edir. Bu futbolçulara qarşı oynamaq səni qorxutmur ki?
- Qətiyyən yox. Rusiyaya qarşı keçirdiyimiz oyunda Arşavinlə Pavlyuçenkonu zərərsizləşdirdiymiz kimi onların da öhdələrindən gələcəyimizə əminəm. Bir daha deyirəm ki, millimizin bu sınaqdan uğurla çıxacağına inanıram.
"Fənərbaxça"dan heç-heçə
Alonso Mbappe və Ronaldonu müqayisə etdi
"Zirə" - "Qarabağ" matçından - Video
“Bavariya” “Ştutqart”ı darmadağın etdi
Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi
“Lill” gənc ulduzu ilə müqaviləni yenilədi
“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal dəyişdi
“Vilyarreal”dan doğma meydanda qələbə
"Qarabağ"la matçda qazanılan xal dəyərlidir" - Rəşad Sadıqov
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov
“Aston Villa” son dəqiqə qolu ilə qalib gəldi
“Zirə” “Qarabağ”la bərabərə qaldı
Mərc qalmaqalı səbəbindən matç təxirə salındı
Münhen klubu Şlotterbek iddialarına aydınlıq gətirdi
İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu
"Zirə" - "Qarabağ": Heyətlər
Alba karyerasının sonuncu oyununa çıxır
İnfantino Trampa verilən mükafatdan danışdı
3 nəhəng bu futbolçu üçün mübarizə aparır
Cessi Linqard klubundan ayrıldı
“Barselona” Arauxo problemlini həll etməsə...
Marselo: “Yamal mənim üçün çətin rəqib olardı”
PSJ-nin istədiyi futbolçu ilə müqavilə uzadıldı
UEFA cəzanı azaltdı
Püşkatma mərasimini tənqid etdilər
Tramp DÇ-2026-nın favoritini açıqladı
Bundesliqada 13-cü tur start götürdü
“Qalatasaray”dan çətin qələbə - Video
"Araz-Naxçıvan" "Benfika"ya məğlub oldu
DÇ-2026-nın püşkü atıldı
“Real”ın müdafiəçisi sıradan çıxdı
FİFA-nın ilk Sülh Mükafatı Donald Trampa təqdim edildi
"Barselona" Alvaresi transfer etməkdən imtina etdi
Rodri “Real”la oyunu buraxa bilər
“Mançester Yunayted”in futbolçusu klubdan narazıdı
Misli Premyer Liqasında 14-cü turun hakimləri açıqlandı