“Bakıda gördüklərim məni xeyli təəccübləndirdi. İnsanlar turnirə çox diqqət göstərirlər”.
Qol.Az saytının məlumatına görə, bu fikirləri Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının Təşkilat Komitəsinin üzvü Anastasiya Tsiklas deyib.
Sentyabrın 22-də ölkəmizdə startı verilən dünya çempionatı sabah başa çatacaq. Bununla bağlı təşkil olunan bağlanış mətbuat konfransında Tsiklas deyib ki, yarış çox yüksək səviyyədə keçib: “Azərbaycanda keçirilən dünya çempionatı ən yaxşısı idi. Əfsuslar olsun ki, Azərbaycan yığması növbəti mərhələyə keçmədi. Ancaq inkişaf yoluna baxmaq lazımdır. İndiki vəziyyətdə komandanızın vəziyyəti yaxşıdır və çoxlu turnirlərdə iştirak etməklə böyük təcrübə qazanmağınız vacibdir”.
Tsiklas təşkilatı işlərdən də danışıb: “Həyəcan xoşuma gəldi. İnsanlar turnirə barmaqarası yanaşmadılar. Buna görə Yerli Təşkilat Komitəsinin əməyini qeyd etmək lazımdır. Bu, sıravi tədbir olmadı. Buradakı insanlar böyük şərəf hiss keçirdilər. Azərbaycan prezidentinin açılış oyununa gəlməyi böyük hadisədir. Halal olsun sizlərə! Bu, bizləri də razı saldı”.
FİFA nümayəndəsi qeyd edib ki, 17 yaşadək qızlar arasında dünya çempionatı 2008-ci ildən başlayaraq geniş vüsət qazandı: “Azərbaycanla yanaşı, Zambiya və Uruqvay kimi ölkələr bu yarışda ilk dəfə iştirak etdilər”.
O, Azərbaycanın 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsini keçirməklə böyük təcrübə qazandığını bildirib: “İştirakçıların keyfiyyət artıb. Misal üçün, Qana yığması yarımfinala kimi irəlilədi. Təşkilatçılıq yüksək səviyyədə idi. Buna görə AFFA-nı təbrik edirəm. Onlar işin öhdəsindən çox gözəl gəldilər. Bu, yaxşı irs oldu və bir neçə ildən sonra Azərbaycan yığması daha da uğurlu çıxış edəcək. Azərbaycanın belə turnirlərin keçirməklə bağlı təcrübə azlığından çoxlu müzakirələr apardıq. Yalnız Lənkərandakı stadion bizim üçün mürəkkəb oldu, müəyyən çətinliklər yaşadıq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı