"Mənim karyeramın böyük hissəsi Braziliya klubları ilə bağlıdır. Legioner həyatı yaşasam da bu, çox qısa bir müddət əhatə edib. Azərbaycandan iddialı bir klubdan təklif aldığıma görə, ölkəmizdən ayrılmaq qərarına gəldim. Əlbəttə ki, istənilən bir insan başqa ölkəyə gedəndə uyğunlaşmaqla bağlı problem yaşayır. Təzə gələndə Azərbaycanda yaşamaq mənim üçün çətin idi. Lakin zaman keçdikcə insanları daha yaxından tanıdım. İndi heç bir problem yaşamıram”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo Azərbaycandakı həyat tərzi haqda danışarkən deyib.
O, ölkəmizlə vətəni Braziliya arasındakı oxşar cəhətlərdən danışıb: "Hər millətin özünəməxsus yaşam tərzi var. Bizim də çox qədim zamanlara gedən mədəniyyətimiz mövcuddur. İstəyirik ki, onları qoruyub saxlayaq və bundan kənara çıxmayaq. Məsafə çox uzaq olsa da, Braziliya və Azərbaycan arasında oxşar cəhətlər var. Bu məsələdə insan faktoru çox önəmlidir. Həm Braziliyanın, həm də Azərbaycanın insanları çox istiqanlı və mehribandırlar. Bizi birləşdirən dəyərlər bundan ibarətdi".
Sən demə braziliyalı yay vaxtları imkan tapanda dənizə də üz tutur: "Yay vaxtı tez-tez Xəzər dənizinin sahilinə yollanıram. Şəhərin mərkəzi küçələri bulvara, Xəzərə yaxın ərazidə yerləşir. Adətən bazarlıq etmək üçün belə küçələrə üz tuturam. Bu mənada Azərbaycandakı həyatımda Xəzər dənizinin özünəməxsus yeri var. Könlümə üzmək düşəndə Bakıdan elə də uzaqda yerləşməyən Mərdəkana gedirəm. Orada bir neçə dəfə olmuşam və xatirəmdə yaxşı izlər buraxıb”.
Flavinyo Braziliya ilə Azərbaycanın kriminogen durumunu da müqayisə edib: “Azərbaycana gəlməzdın əvvəl bu ölkə haqqında heç kimdən heç nə soruşmamışdım. Zənnimcə, düz etmişəm. Çünki Azərbaycan barədə nəsə soruşmağa, burada nəyin qadağan olunduğunu öyrənməyə elə də ehtiyac yox imiş. Azərbaycan çox yaxşı ölkədir. Burada gecənin istənilən vaxtında küçədə rahat dolaşmaq olar. Daim sabit olan Azərbaycan vətəndaşı oğurluğa, quldurluğa meyilli deyil. Braziliyada isə hər şey fərqlidir. Gecə rahat yerinə girib yatırsan, səhər duranda maşınını yerində görmürsən. Məncə, Azərbaycanda insanlar tamahkar deyil”.
Braziliyalı futbolçu sonda mətbəximizi də çox bəyəndiyini və ən çox da kababı xoşladığını bildirib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı