Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində “Neftçi” İtaliyanın “İnter” komandasına qarşı keçiriəcək matçla əlaqədar hazırlığı davam etdirir. Oyun ərəfəsində paytaxt klubunun müdafiəçisi Mahir Şükürov Qol.Az saytının suallarını cavablandırıb
- “İnter”lə görüşə hazırlıqlar necə gedir?
- Artıq doqquz gündür ki, bu matça ciddi hazırlaşırıq. Klubumuzun prezidenti Sadıq Sadıqov məşqlərimizdə şəxsən iştirak edir. Hər bir futbolçunun problemləriylə yaxından məşğul olurlar ki, heç birinin çətinliyi olmasın. Bilirik ki, bizi çətin bir görüş gözləyir. Ona görə də hər kəs məsqlərdə məsuliyyətlə çalışır.
- Bəs psixoloji cəhətdən necə, komandada problem yoxdur ki?
- İstər-istəməz güclü komandaya qarşı oynayada görüşə daha yaxşı köklənirsən. Özünü daha yaxşı tərəfdən göstərmək üçün 2-3 dəfə çox güc sərf etməyə çalışırsan. Hazırda komandadakı ab-hava yüksəkdir. Bu baxımdan, heç bir psixoloji problem yoxdur.
- Klub rəhbərliyi “İnter”lə oyunda qarşınıza hansı məqsədi qoyub?
- Biz futbolçular da istəyirik ki, qalib gəlib klub rəhbərliyini, azarkeşləri sevindirək. Bildiyimizə görə, artıq biletlərin səksən faizi satılıb. Bu da stadionda əsl anşlaqən olacağından xəbər verir. Klub rəhbərliyi bizdən bu görüşdə qələbə istəyir. Düzdü, öncədən qalib gələcəyimizi dəqiq söyləmək olmaz. Çünki rəqibimiz asan məğlub olacaq komanda deyil. Ancaq qalib gəlməkdən ötrü nə gücümüz varsa, ortaya qoyacağıq.
- Bəs, heç-heçəni necə qənaətbəxş hesab edəcəksinizmi?
- Heç-heçə də pis nəticə olmaz. Çünki rəqibimiz dünya səviyyəli komandadır.
- Yəqin ki, rəqibinizi təhlil etmisiniz. Bugünkü “İnter haqda fikrin necədir?
- Rəqibin ən güclü mövqeyi hücumdadır. Çünki həmin mövqedə Milito və Kassano kimi ulduz futbolçular oynayırlar. Onların hər ikisi son çempionat oyununda “Fiorentina”nın qapısına qol vurmağı bacarıblar. Çox əla formadadırlar. Birdə mərkəzlərini güclü hesab edirəm. Lakin müdafiə xəttləri sabit çıxış etmir. Baş məşqçinin verdiyi taktika sayəsində bu boşluqdan yararlanmağa çalışacağıq.
- Bu iki adlı-sanlı hücumçuya qarşı oynamaqdan çəkinmirsən ki?
- Mənim 18 yaşım yoxdur ki, onlardan çəkinəm. Karyeram ərzində kifayət qədər güclü futbolçulara qarşı mübarizə aprmışam və xeyli təcrübəyə malikəm. Mənim üçün problem deyil. Əslində daha əzmkar mübarizə aparacağam.
- Rəqibinizin müdafiəçilərinin bir neçəsinin yaşlı olması işinizə yarıya bilərmi?
- Bilirsiniz, yaş söhbəti Azərbaycanda qabarıq göstərilir. Lakin Avropada belə deyil. Əksinə daha təcrübəli futbolçuya ehtiyac duyurlar. Əgər bu gün Zanetti formadadırsa,yaxşı nəticə göstərirsə, deməli, əsas heyətdə oynamağa layiqdir. Futbolda təcrübə çox şey deməkdir.
- İtaliya mətbuatı “İnter”in bir çox aparıcı üzvünün Bakıya gətirilməyəcəyi haqda xəbər yayıb. Bunu həftəsonu “Milan”la baş tutacaq derbiylə əlaqələndirirlər. Bu amil qələbə qazanmağınıza təkan ola bilərmi?
- “İnter”in ehtiyat heyətdəki futbolçuları da güclüdürlər. Ümumiyyətlə, belə bir komandada zəif futbolçu ola bilməz. Əksinə onlar əsas heyətdə yer qazanmaq üçün maksimum güc sərf edəcəklər.
- Qələbə şanslarınızı necə dəyərləndirirsən?
- Fikrimcə, şanslar 60/40 -a “Neftçi”nin tərəfindədir.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı