Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın saytına müsahibə verib.
- Futzal üzrə ölkə çempionatı artıq başa çatıb. Bununla əlaqədar fikirlərinizi bilmək istərdik.
- Mayın 18-də ölkə çempionatında son turun oyunları keçirildi. Daha yüksək nəticələr göstərən “Araz” ölkə çempionu oldu. Şəxsi görüşlərin nəticəsinə görə isə “Neftçi” ikinci pilləni tutdu. Bu münasibətlə hər iki klub rəhbərliyini təbrik edirəm. Artıq futzal üzrə Çempionlar Liqası ilə yanaşı, UEFA kubokunun keçirilməsi ilə bağlı da işlər görülür. Əgər bu reallaşsa, “Neftçi” UEFA kubokunda iştirak etmək hüququ qazanacaq.
- Çempionatın gedişatı və səviyyəsi sizi qane etdimi?
- Əlbəttə, razı qaldım. Oyunlar yüksək səviyyədə keçirildi. Kiçik nöqsanların olduğunu istisna etmirik. Bu təbii haldır. Ancaq ötən illərlə müqayisədə elə də ciddi qayda pozuntularına rast gəlmədik. Yarışlar tərtib etdiyimiz təqvim əsasında keçirildi. 8 komandanın son tura qədər yüksək səviyyədə oynaması bizi razı saldı.
- Oyunlardan bir neçəsini bölgələrdə keçirməyi planlaşdırsanız da bu baş tutmadı. Bunu ölkə kuboku çərçivəsində baş tutacaq matçlarda reallaşdırmaq mümkün olacaqmı?
- Belə planımız var idi. Sadəcə, bu oyunların regionlarda keçirilməməsi sırf texniki səbəbdən baş tutmadı. Ancaq ölkə kubokunun finalının bölgələrdə keçiriləcəyi dəqiqləşib. Belə ki, mayın 27-də baş tutacaq həlledici matç Masallıda keçiriləcək. Futzal azarkeşlərini həmin qarşılaşmanı izləməyə dəvət edirəm. Oyun saat 16.00-da Masallıdakı Olimpiya İdman Kompleksində keçiriləcək. Kompleksin şəraiti ilə tanış olmuşam. Oradakı şərait yüksək səviyyədədir. Ümumiyyətlə, bölgələrdə olan bütün Olimpiya İdman Kompleksləri Avropa standartlarına cavab verir. Final oyunu televiziya vasitəsilə də işıqlandırılacaq. Bir sözlə, Masallıda futzal bayramı keçiriləcək.
- Cari birincilikdə 1 əyalət təmsilçisi iştirak edirdi. Növbəti çempionatlarda bu tendensiyanı davam etdirməyi düşünürsünüzmü?
- Bununla bağlı artıq işlər görülür. Quba, Gəncə, Masallıdakı müvafiq strukturlarla danışıqlar gedir. Yəqin ki, sentyabrda start götürəcək yeni mövsümdə bir neçə əyalət təmsilçisi də mübarizə aparacaq. Bu proses futzalın regionlarda inkişafına böyük təkan verəcək.
- Həvəskarlar arasında da ölkə çempionatı başa çatıb...
- Həvəskarlar dəstəsində 12 komanda mübarizə apardı. Birinciliyin gərgin keçdiyini qeyd edə bilərəm. Çempion sonuncu turda məlum oldu. Qızıl medalları DST qazandı. Əvvəlcədən də planlaşdırdığımız kimi, həm güclülər, həm də həvəskarlar dəstəsinə eyni gündə yekun vuruldu. DST komandasını da çempion olması münasibətilə təbrik edirəm.
- Rusiyanın Futbol İttifaqı 5 ölkənin - Belçika, Ukrayna, Qazaxıstan, Rusiya və Azərbaycan - hərəsinin 2 iştirakçısı olmaqla mini-turnir təşkil etmək istəyir. Bununla bağlı Azərbaycan Futzal Federasiyasına təklif göndərilibmi?
- Belə bir təklif var. Artıq öz mövqeyimizi bildirmişik. Yəni Azərbaycan tərəfi turnirin təşkil edilməsində maraqlıdır. Belə turnirlər futzalın inkişafına böyük təkan verəcək. Klublarımızın həmin yarışda iştirakını təmin etməyə gücümüz çatır.
- Növbəti ölkə çempionatında neçə komandanın iştirakı nəzərdə tutulub?
- İndidən bir neçə yeni komanda çempionatda iştirak etmək istəyi ilə bağlı bizə müraciət edib. Mayın 27-də ölkə kubokunun final oyunu keçirildikdən sonra təxminən 1 aylıq fasilə yaranacaq. Yeni mövsümə hazırlıq işləri iyulun 1-dən başlayacaq və avqustun ortalarına qədər davam edəcək. Ölkə birinciliyində neçə komandanın iştirak edəcəyini həmin vaxt dəqiq biləcəyik.
- Milli komandaya seçim işləri necə aparılacaq?
- Bu il futzal turnirləri kifayət qədərdir. Sentyabrda ölkə çempionu Çempionlar Liqasında çıxış edəcək. Bundan sonra U-21-in püşkatma mərasimi olacaq. Onların fevralda keçiriləcək dünya çempionatının qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək. Ən vacib məsələ isə Macarıstanda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlıqdır. Yəni işlər çoxdur, vaxt isə azdır. Ona görə də avqustun ortalarına qədər çempionatın təşkilati işlərini yekunlaşdıracağıq. Dekabrda isə ənənəvi III Bakı Beynəlxalq Futzal Turnirini keçirəcəyik. Turnirə 2-3 yerli komanda cəlb edəcəyik. Məqsədimiz milli komandaya güclü futzalçılar seçməkdir. İstəyirik ki, milli final mərhələsində ölkəmizi yüksək səviyyədə təmsil etsin.
- Bakı Beynəlxalq Futzal Turniri adətən yanvar ayında keçirilirdi. Deyəsən, yığmanın oyunları ilə əlaqədar, budəfəki yarışın vaxtında dəyişiklik ediləcək...
- Yanvarın 19-dan 30-na qədər Macarıstanda Avropa çempionatının final mərhələsinin oyunları keçiriləcək. Ona görə də AFFA rəhbərliyi ilə məsləhətləşərək qərara aldıq ki, Bakı Beynəlxalq Futzal Turnirini dekabrın 18-dən 24-dək keçirək. Milli komandaya son seçimimizi də həmin turnirdə edəcəyik.
- Turnirdə başqa ölkələrin komandaları da iştirak edəcəkmi?
- Əlbəttə, 8-10 ölkəyə dəvət göndəriləcək. 6-7 əcnəbi komandanın iştirak edəcəyinə ümid edirəm. Əldə etdiyim məlumata görə, ötən 2 turnirdə iştirak edən xarici ölkə təmsilçiləri Bakıdan məmnun ayrılıblar.
- Yeni komandaların yaradılması ilə bağlı təklif almısınızmı?
- Bəli. Artıq müəyyən danışıqlar başlayıb. Yeni mövsümlə əlaqədar iyul ayının əvvəllərində toplantı keçirəcəyik. Məqsədimiz yeni mövsümdə 10-12 komandanın iştirakını təmin etməkdir.
- Komandaların sayının artacağı təqdirdə, güclülər dəstəsi ilə yanaşı birinci divizion da yaradılacaqmı?
- Gəlin zamanı qabaqlamayaq. Əlbəttə, digər ölkələrdə olduğu kimi, biz də birinci dəstənin yaradılmasını istəyirik. Əgər komandaların sayı 14 və ya 16-ya çatsa, onda birinci dəstəni yaradacağıq.
- Qaliblərin mükafatlandırılma mərasimi keçiriləcəkmi?
- Mayın 25-də Bakıda kubokun yarımfinal oyunlarından əvvəl ölkə çempionatını birinci, ikinci və üçüncü pillədə başa vuran komandaların mükafatlandırma mərasimi keçiriləcək. Bundan sonra yarımfinal oyunlarına start veriləcək. Həm yığma komandaya, həm də çempionatın yüksək səviyyədə keçirilməsinə şərait yaratdığına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Çünki futzala əvvəlki illərdə belə qayğı göstərilməmişdi. Məhz bu qayğının nəticəsidir ki, dünyada Azərbaycan futzalından danışırlar. Artıq Braziliya, İspaniya, İtaliya millilərindən yoxlama oyunu keçirmək barədə təkliflər almışıq.
"Fənərbaxça"dan heç-heçə
Alonso Mbappe və Ronaldonu müqayisə etdi
"Zirə" - "Qarabağ" matçından - Video
“Bavariya” “Ştutqart”ı darmadağın etdi
Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi
“Lill” gənc ulduzu ilə müqaviləni yenilədi
“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal dəyişdi
“Vilyarreal”dan doğma meydanda qələbə
"Qarabağ"la matçda qazanılan xal dəyərlidir" - Rəşad Sadıqov
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov
“Aston Villa” son dəqiqə qolu ilə qalib gəldi
“Zirə” “Qarabağ”la bərabərə qaldı
Mərc qalmaqalı səbəbindən matç təxirə salındı
Münhen klubu Şlotterbek iddialarına aydınlıq gətirdi
İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu
"Zirə" - "Qarabağ": Heyətlər
Alba karyerasının sonuncu oyununa çıxır
İnfantino Trampa verilən mükafatdan danışdı
3 nəhəng bu futbolçu üçün mübarizə aparır
Cessi Linqard klubundan ayrıldı
“Barselona” Arauxo problemlini həll etməsə...
Marselo: “Yamal mənim üçün çətin rəqib olardı”
PSJ-nin istədiyi futbolçu ilə müqavilə uzadıldı
UEFA cəzanı azaltdı
Püşkatma mərasimini tənqid etdilər
Tramp DÇ-2026-nın favoritini açıqladı
Bundesliqada 13-cü tur start götürdü
“Qalatasaray”dan çətin qələbə - Video
"Araz-Naxçıvan" "Benfika"ya məğlub oldu
DÇ-2026-nın püşkü atıldı
“Real”ın müdafiəçisi sıradan çıxdı
FİFA-nın ilk Sülh Mükafatı Donald Trampa təqdim edildi
"Barselona" Alvaresi transfer etməkdən imtina etdi
Rodri “Real”la oyunu buraxa bilər
“Mançester Yunayted”in futbolçusu klubdan narazıdı
Misli Premyer Liqasında 14-cü turun hakimləri açıqlandı