“Rasim Karanın “Xəzər-Lənkəran”dan gedişinə çox üzüldüm. “Beşiktaş”da onun rəhbərliyi altında uzun müddət oynamışam. Müəllimim saydığım Kara Türkiyəyə qayıdandan sonra onunla söhbətim olmayıb”. Bunu Türkiyənin “Beşiktaş” klubunun sabiq baş məşqçisi Ərtoğrul Sağlam deyib.
İki ay öncə “Beşiktaş”dan ayrılan 39 yaşlı mütəxəssis özünə yeni komanda axtarır. Sağlamın sözlərinə görə, ona 10 klubdan təklif gəlib: “Avropanın iki ölkəsindən təklif almışam. Türkiyədə səkkiz komanda mənimlə maraqlanır. Hələlik son qərarımı verməmişəm, götür-qoy edirəm. Hansının şərtləri daha münasib olacaqsa, onu da dəyərləndirəcəyəm. Açığı, Türkiyədən kənarda çalışmaq istəyirəm. Bu mənada Avropa variantları mənim üçün cəlbedicidir. Yeni iş yerim gələn həftə müəyyənləşəcək”.
Azərbaycandan təklif almadığını bir daha söyləyən türkiyəli mütəxəssis ölkəmizdə çalışmaq variantına laqeyd yanaşmır. Sağlam bildirib ki, “Xəzər-Lənkəran”dan təklif alarsa, bunu nəzərdən keçirməyə hazırdır: “Türkiyədə çalışan klubun fəxri prezidenti Mübariz Mənsimovla qiyabi tanışlığım var. Nə bu şəxs, nə də “Xəzər-Lənkəran”dan kiminləsə heç telefon söhbətim də olmayıb. Azərbaycanı özümə doğma ölkə sayıram, orada çalışmaq mənim üçün xoşbəxtlik olardı. Elə düşünməyin ki, “Beşiktaş”dan sonra ölkənizdə çalışmağı qəbul etmərəm. Mənim üçün klub rəhbərliyinin fikirləri, istəyi, qarşıya qoyduğu vəzifə və şərtlərin uyğun gəlməsi önəmlidir”.
Prinsipləri haqda danışan türkiyəli məşqçi çalışdırdığı komandanın beynəlxalq miqyasda uğur qazanmasını vacib sayır. O, “Xəzər-Lənkəran” rəhbərliyinin baş məşqçi postuna beynəlxalq oyun təcrübəsinə malik mütəxəssisi gətirmək istəyini alqışlayıb: “Bu, təqdirəlayiq haldır. Azərbaycan çempionluğunu, ölkə kuboku qazanmaqla kifayətlənmək olmaz. Qarşıya böyük məqsədlər qoymaq, avrokuboklarda da nəticə qazanmaq lazımdır. Heç olmasa UEFA kubokunda qrup mərhələsinə düşmək üçün çalışmalısan. Mən şərtlər deyəndə, maddi məsələləri nəzərdə tutmuram. Ən əsası klubun qarşısına böyük hədəflər qoyması, klub infrastrukturu və baş məşqçiyə olan inamdır. Bütün bunlar olarsa, “Xəzər-Lənkəran”da sevə-sevə işləyərəm. Mən də futbolunuzun inkişafına öz töhfəmi vermək istərdim”.
Qeyd edək ki, Rasim Kara 10 gün öncə “Xəzər-Lənkəran”ın baş məşqçi postundan istefa verib. Onun istefasından əvvəl isə bəzi yerli mətbu orqanlarında Ərtoğrul Sağlamın Lənkəran klubundan təklif alması barədə həqiqətəuyğun olmayan xəbərlər yayılıb.
Mənbə: apasport.az
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü