“Komandamız bazar günü həlledici oyuna çıxacaq. Tam heyətlə hazırlıqlarımızı davam etdiririk. “Muğan”la oyuna tam ciddiliyi ilə yanaşırıq. Bizim üçün rəqibin kimliyi fərq etməz, istər “İnter” və ya “Xəzər Lənkəran”, istərsə də “Muğan” olsun. Meydana yalnız qalib gəlmək və 3 xal qazanmaq üçün çıxırıq”. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri premyer-liqanın son turunda “Muğan”la qarşılaşacaq “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis Salyan təmsilçisi ilə matça mövsümün ən vacib oyunu gözüylə baxır: “Bu oyunu mövsümün həlledici oyunu kimi dəyərləndiririk. Qalib gələcəyimiz təqdirdə çempionluğumuzu reallaşdırmış olacağıq. Bu səbəbdən məsuliyyət hissi birə iki artmış olur. Rəqib güclü komandadır, yüksək liqada qalmaq uğrunda mübarizə aparır. Bu oyun hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Biz çempionluq üçün, “Muğan” isə elitada yerini qorumaq üçün oynayacaq. İnanıram ki, maraqlı və gərgin bir qarşılaşma olacaq. Bütün azarkeşləri stadiona dəvət edirəm, əlimizdən gələni edəcəyik ki, tərəfdarların üzünü güldürək. Son tur oyunu ilə mövsümə yekun vurulacaq. Çempionatın komandamız üçün nə qədər uğurlu olub-olmadığını təyin etmək hüququnu isə azarkeşlərinin ixtiyarına buraxırıq”.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə