"Bakı"-"Muğan" matçına giriş pulsuz olacaq

XƏBƏR 15 May 2009 / 13:10 2654
-  A +

Azərbaycan Premyer-liqasının XXVI turu çərçivəsində keçiriləcək "Bakı" - "Muğan" qarşılaşmasına giriş pulsuz olacaq. Bu haqda məlumatı Qol.Az-a klubun mətbuat xidmətindən veriblər. Belə ki, çempionluğu demək olar ki, təmin edən "Bakı" rəhbərliyi Salyan klubu ilə qarşılaşmadan sonra onların çempionluq sevincini daha çox futbolsevərin görməsini istəyir.
Qeyd edək ki, "Bakı"-"Muğan" matçı  17 may 2009 -cu il saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəkdir.

 


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner