Milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Sabah İsrailə qarşı keçiricəyimiz DÇ-2014 seçmə oyununda millimizdən hansı nəticəni gözləməyə dəyər?
- Məşqlərdə çox ciddi çalışırıq. Əlimizdən gələni edəcəyik ki, seçmə mərhələyə uğurlu başlayaq. Çox sevindiricidir ki, ilk qarşılaşma evdə doğma azarkeşlərimiz önündə olacaq. Bu, bizim üçün əlavə üstünlükdür.
- Komandada əhval-ruhiyyə necədir?
- Əladır. Bəhreynlə oyunda qazanılan qələbə, “Neftçi”nin Avropadakı uğurlu nəticəsi futbolçularımıza müsbət təsir edib. Bizdə qələbə qazanacağımıza inam yaranıb.
- Statistikaya görə, nə klublarımızın, nə də millimizin İsraillə oyunları alınır. Necə düşünürsən, sabah yığmamız bu sindiromu qıra biləcək?
- Futbolda istənilən nəticə ola bilər. Bunu ən azı “Neftçi” sübut etdi. Bu mənada, artıq uğursuz sindromların qırılma vaxtı çatıb.
- Özünü sabahkı qarşılaşmaya tam hazır edirsənmi?
- İnanıram ki, baş məşqçi Berti Foqts mənə şans verəcək. Hər bir futbolçu millidə oynamaq istəyir. Öz üzərimdə çox çalışmışam. Sabahkı oyunda komandamın uğuru üçün canımı qoymağa hazıram.
- “Neftçi”dən Rəşad Sadiqov və Cavid İmamverdiyev yığmadan kənarda qalmasına münasibətin necədir?
- Orta xəttə Azərbaycanda ən cox bəyəndiyim futbolçu Rəşad Sadiqovdur. Meydanı çox əla görür. Cavid də hazırda ən yaxşı formadadır. Mən çox istəyirdim ki, onlar sabahkı oyunda iştirak etsinlər. Ancaq baş məşqçinin verdiyi qərara heç kim qarışa bilməz.
- Bəs, Portuqaliya ilə oyun haqda nə deyə bilərsən? Çoxları komandamızın səfərdə uduzacağını düşünür.
- Mən hadisələri qabalanmağın əleyhinəyəm. İsraillə oyunun nəticəsindən çox şey asılı olacaq. Əla nəticə qazansaq, Portuqaliya ilə oyunda da bunu təkrarlaya bilərik. Çoxları deyir ki, Ronaldonun küskünlüyü Portuqalların oyununa təsir edə bilər. Lakin mən belə düşünmürəm. Buna baxmayaraq biz də sonacan mübarizə aparacağıq.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü