Artıq uzun illərdir UEFA-nın və FİFA-nın üzvü olmağımıza, Avropa və Dünya çempionatının seçmə mərhələsində iştirak etməyimizə baxmayaraq, nədənsə “köhnə qitə”də hələ də Azərbaycan futboluna biganə yanaşırlar. Qol.Az-ın araşdırmasına əsasən məlum olub ki, bir çox qabaqcıl idman portalları Azərbaycan futboluna barmaqrası baxırlar. Buna əmin olmaq üçün bir çox tanınmış portala daxil olmaq kifayətdir.
Ən məşhur portallardan biri olan və bütün dünyadakı matçları online şəkildə yayımlayan “futbol24” saytı deyəsən, son 1-2 ildə Azərbaycan futbolunda klubların adlarının dəyişdirilməsindən xəbərsizdir. Əgər belə olmasaydı, “futbol24”dən olan həmkarlarımız “Qəbələ”nin adını “Gilan”, “Muğan”ın adını isə “NBC Salyan” kimi göstərməzdilər. Bu klublarının adlarının dəyişdiriləməsinin üstündən 1 ildən də artıq vaxt keçsə də, onlar hələ də bu haqda məlumatsızdırlar.
Eyni sözləri “gamebookers” saytına da aid etmək olar. Bu sayt Azərbaycan premyer-liqasının oyunlarına pul qoyuluşları qəbul etdiyi halda, klubların adlarını dəqiq bilmir. Onlar da ölkəmizdə “Qəbələ” adlı klubun varlığından xəbərsizdirlər.
Digər bir maraqlı məqam ondan ibarətdir ki, “gamebookers” kontoru Azərbaycan premyer-liqasının oyunlarına pul qoyuluşları qəbul etsə də, bu heç də daimi olmur. Bəzən 2 həftə ərzində pul qoyuluşları qəbul olunan oyunlar arasında Azərbaycan premyer-liqasının qarşılaşmalarına rast gəlmək qeyri-mümkündür. Digər tərəfdən “gamebookers” bizim çempionatın oyunlarına pul qoyuluşları edənlər üçün limit qoyub. Bu saytda Azərbaycan premyer-liqasının hansısa oyununa 300 dollardan artıq pul qoymaq qeyri-mümkündür. Burada da təzad var. Düzdür, limit əksər oyunlar zamanı tətbiq olunur. Lakin digər ölkələrlə müqayisədə Azərbaycan premyer-liqasının oyunlarına pul qoyuluşları limiti çox aşağıdır. Məsəlçün Yunanıstan çempionatında autsayderlərin qarşılaşması zamanı maksimum pul qoyuluşu kimi 1150 dollar göstərilir. Amma Azərbaycan premyer-liqasında hətta liderlərin qarşılaşmasına belə, 300 dollardan çox pul qoymaq qeyri-mümkündür.
Almaniyanın məşhur “transfermarket” portalında isə vəziyyət daha acınacaqlıdır. İlk növbədə xatırladaq ki, bu sayt mütəmadi olaraq, bütün ölkələrin milli çempionatlarında çıxış edən futbolçuların transfer qiymətini açıqlayır. Bu sayt daxil olan hansısa əcnəbi düşünəcək ki, Azərbaycanda hələ də “MKT-Araz”, “Gənclərbirliyi”, “Gəncə” kimi klublar mövcuddur və onlar premyer-liqada mübarizə aparırlar. Bu klublar artıq bir neçə ildir ki, tarixin yaddaşına qovuşsalar da, almanlar hələ də bu klubların mövcud olduğunu yazır, hətta həmin klublarda çıxış edən futbolçuların transfer qiymətlərini də açıqlayırlar.
Digər tərəfdən də “transfermarket” portalında yer alan Azərbaycan premyer-liqasında çıxış edən futbolçuların əksərinin transfer qiyməti düzgün göstərilməyib. Təsəvvür edin ki, “İnter”in əsas heyətinə düşməyən hansısa futbolçunun transfer qiyməti 200 min dəyərində göstərildiyi halda, komandanın bombardiri, Azərbaycan premyer-liqasının ən sərrast futbolçusu olan Valter Quqlemonun transfer qiyməti cəmi 50 min dollar həcmində göstərilib. Bu isə təbii ki, həqiqəti əks etdirmir.
Bu cür misallar yetərincədir. Amma ümid edək ki, futbolumuz inkişaf etdikcə, avropalılar da futbolumuza biganə qalmayacaqlar.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər