“Simurq” “Qəbələ”ylə oyunun hazırlıqğına başladı

XƏBƏR 14 May 2009 / 13:15 2174
-  A +

Son turda “Qəbələ”ni məğlub edərək həm tarixində ilk dəfə olaraq ölkə çempionatının bürünc medalını qazanan, həm də ölkəmizi Avrokuboklarda təmsil etmək hüququna yiyələnən “Simurq” premyer-liqanın sonuncu turundə “Xəzər-Lənkəran”la qarşılaşacaq. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “Qəbələ” ilə oyundan sonra istirahət alan “Simurq”un üzvləri bu gündən “Xəzər-Lənkəran”la oyunun hazırlıqlarına başlayırlar. Dünən bərpa prosesi keçən futbolçular bu gün toplu məşqlərə başlayacaq. Məşqlər şənbə gününə qədər davam edəcək. Xatırladaq ki, “Xəzər-Lənkəran”la oyun mayın 17-də, saat 18:00-da keçiriləcək.


Son xəbərlər