Azərbaycan çempionu “Lill”lə oynayacaq

XƏBƏR 13 May 2009 / 18:53 2283
-  A +

Bakının “İnter” klubunun yeniyetmə futbolçuları  ötən il olduğu kimi bu il də Fransada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcəklər. Bu haqda məlumatı Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib. Onun sözlərinə görə, paytaxt klubunun 1992-93-cü il təvəllüdlü futbolçularından ibarət komandası mayın 26-da Fransanın Lilli şəhərinə yola düşəcək. “İnter” orada yerli “Lill”, habelə, digər Fransa, o cümlədən Belçika və Bolqarıstanın “Lokomotiv” klubları ilə gücünü sınayacaq. Qeyd edək ki, “İnter” Fransadakı turnirə dəvət alan yeganə MDB təmsilçisidir.

 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner