“Xəzər Lənkəran” klubu iki yeni əcnəbi futbolçunu heyətinə qatıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar, yunan hücumçu Dmitrios Sialmas və əslən braziliyalı olan İtaliya vətəndaşı Vanderson Skarduellidir. Bu gün hər iki legionerlə klubun ofisində birillik muqavilə imzalanıb.
Sialmas “Xəzər Lənkəran”a Yunanıstanın AEK klubundan keçib. Futbolçu klubda həyatında ilk dəfə olaraq legioner həyatı yaşayacaq. Bundan əvvəl o, yalnız Yunanıstan klublarında oynayıb: 2005-2006 və 2008-2009-cu illərdə - “Etnikos”da, 2006-2008-cı illərdə - “Panionios”də, 2009-2011-ci illərdə isə “PAS Giannina”da. Sialmas AEK-də ötən ildən çıxış edirdi.
27 yaşlı Vanderson Skarduelli də “Xəzər Lənkəran”a Yunanıstan çempionatından gəlib. Sol cinah müdafiəçisi mövqeyində çıxış edən Skarduelli adı çəkilən ölkənin çempionatında vaxtilə Sialmasın da oynadığı “PAS Giannina” klubunun formasını geyib. O, bu klubun şərəfini son üç mövsüm qoruyub, son mövsümdə isə komandanın kapitanı olub.
Bundan əvvəl isə Vanderson 2004-2007 illərdə Braziliyanın “Korintians”, “İtuano”, “San Bento” və “Kampo Qrande” klublarında oynayıb. 2007-2009-cu illərdə o, İtaliyanın “Siena”, “Martina” və “Treviso” klublarının şərəfini qoruyub.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi