Bu gün UEFA Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha beş qarşılaşma baş tutub.
"Neftçi" Çempionlar Liqasının III təsnifat mərhələsində yolunu kəsən İsrailin "Hapoel" (Kiryat Şmona) klubu səfərdə Belarusun BATE komandasının qonağı olub. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Bu oyunla yanaşı, bu axşam daha 4 qarşılaşma keçirilib. Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayıb. "Malaqa" "Panatinaikos"u, AEL "Anderlext"i, "Dinamo" (Zaqreb) isə "Maribor"u məğlub edib. "Braqa" - "Udineze" görüşü isə heç-heçə başa çatıb - 1:1.
Qeyd edək ki, play-off mərhələsinin cavab görüşləri bir həftə sonra - avqustun 28-29-da keçiriləcək.
22 avqust
Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları
23:45. BATE (Belorusiya) - "Hapoel" (Kiryat Şmona, İsrail) - 2:0
Qollar: Rodionov, 29 (1:0), 78 (2:0)
23:45. "AEL" (Kipr) - "Anderlext" (Belçika) - 2:1
Qollar: Junior, 34 (1:0), Mbokani, 62 (1:1), Migel, 72 (2:1)
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Maribor" (Sloveniya) - 2:1
Qollar: Duje Kop, 10 (1:0), Badelj, 39-avtoqol (1:1), Duje Kop, 74 (2:1)
23:45. "Braqa" (Portuqaliya) - "Udineze" (İtaliya) - 1:1
Qollar: Basta, 23 (0:1), Dos Santos, 68 (1:1)
23:45. "Malaqa" (İspaniya) - "Panatinaikos" (Yunanıstan) - 2:0
Qollar: Demişelis, 17 (1:0), Eliseu, 34 (2:0)
21 avqust
“Bazel” (İsveçrə) - “Kluj” (Rumıniya) - 1:2
Qollar: Streller, 44 (1:0), Sougou, 66 (1:1), 71 (1:2)
“Kopenhagen” (Danimarka) - “Lill” (Fransa) - 1:0
Qol: Santin, 38 (1:0)
“Helsinqborq” (İsveç) – “Seltik” (Şotlandiya) - 0:2
Qollar: Kommons, 2 (0:1), Samaras, 75 (0:2)
“Borussiya” ( Münhenqladbax, Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:3
Qollar: Rinq, 13 (1:0), Mixalik, 28 (1:1), Yarmolenko, 37 (1:2), Luk de Yonq, 82 (1:3)
“Spartak” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) 2:1
Qollar: Emenike, 59 (1:0), Dik Kyut, 65 (1:1), Kombarov, 69 (2:1)
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro