Gəncədə “istefa” sədaları

Gəncədə “istefa” sədaları
ÖLKƏ FUTBOLU 19 Avqust 2012 / 00:52 2653
-  A +

Dünən Azərbaycan Premyer Liqasının III turu çərçivəsində Gəncədə keçirilən “Kəpəz”-AZAL matçının nəticəsi  yerli azarkeşlərin səbr kasasını daşdırıb.

Qol.Az-ın məlumatına görə, AZAL hesabı 2:0-a çatdırdıqdan sonra tribunalara toplaşan azarkeşlər baş məşqçi Fuad İsmayılovu istefaya səsləyiblər.
 
Maraqlıdır ki, İsmayılov özü oyunsonrası keçirilən mətbuat konfransında bu haqda tək kəlmə də danışmayıb.

Qeyd edək ki, “Kəpəz” cari mövsümün ilk iki turunu da məğlubiyyətlə başa vurmuşdu. İlk turda evdə “Turan” 1:2 uduzan Gəncə təmsilçisi ötən tur da səfərdə “Xəzər Lənkəran” önündə də aciz qalmışdı-0:4. Elə əsas narazılıqlar da həmin məğlubiyyətdən sonra başlamışdı.

Daha çox


Son xəbərlər