Misir millisinin futbolçusu rəsmən "Qarabağ"da

Misir millisinin futbolçusu rəsmən "Qarabağ"da
ÖLKƏ FUTBOLU 17 Avqust 2012 / 18:46 4071
-  A +

"Qarabağ" klubu daha bir transferini reallaşdırıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda cari mövsüm üçüncü legioneri heyətinə qatıb.

Ağdam təmsilçisi Miro Varvodiç, Riçard Almeydanın ardından Misirin ən istedadlı futbolçularından sayılan Mustafa Səlimlə müqavilə imzalayıb.

Misirli futbolçu ölkəsinin ən güclü klubu sayılan "Əl-Əhli"dən gəlib. 2009-cü ildə ölkəsində keçirilən 21 yaşlıların dünya çempionatında millisinin aparıcı siması olub.

"Qarabağ"ın Boludakı təlim-məşq toplanışına qatılan Mustafa "Rizespor"la keçirilən yoxlama oyununda meydana daxil olaraq qələbə qolunu vurmuşdu.

Daha çox


Son xəbərlər